"Məni istəyən adamın hər bir səhvini bal, şəkər kimi qəbul edirəm, amma..."

\"Məni istəyən adamın hər bir səhvini bal, şəkər kimi qəbul edirəm, amma...\"

ŞOU-BİZNES

Bugün, 14:26

“Necə ki, o insan mənə yalandan salam verir, mən də məcburam yalandan o salamı alım”.

Bu sözləri müğənni Xatirə İslam “İncəSəhər” verilişində deyib.

Sənətçi əvvəllər insanların səhvini unutduğunu, amma indi heç kimin səhvini unutmadığını bildirib:

“Mən yaxşı bilirəm, kim məni istəyir, kim istəmir. Məni istəyən adamın hər bir səhvini bal, şəkər kimi qəbul edirəm, amma istəməyən adamın səhvini heç vaxt bağışlamıram. Lap nə qədər məclislərdə gəlib məni öpüb-qucaqlasın, “can” desin, bərli-bəzəkli sözlərlə məni tərifləsin, ürəyimdə bilirəm ki, səmimi deyil, məni sevmir. Elə insanı necə sevim?

Ona görə də necə ki, o insan mənə yalandan salam verir, mən də məcburam yalandan o salamı alım. Bəlkə də 15-20 yaşım olanda tez unudurdum, bağışlayırdım, amma indi yox. Heç o məcburiyyətdə də deyiləm ki, yalandan kiməsə deyim “səni çox istəyirəm””/yenicag.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR