Leyla Əliyeva, Arzu Əliyeva, Anar Ələkbərov və... - Tanınmış şəxslər klassik avtomobillərin yürüşündə + VİDEO
GÜNDƏM
Bugün, 00:34
Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və səhər sakinləri iştirak ediblər.
Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.
Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.
Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.
Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi daha sonra retro avtomobillərin yürüşü ilə davam edib.
Paytaxtın əsas küçə və prospektindən keçən yürüş “Sea Breeze” ərazisində başa çatıb. “Marina Bay”də klassik avtomobillərin sərgisi Xəzərin sahilində retro ab-hava yaradıb.
Sərgidə müxtəlif dövrlərə aid avtomobillər nümayiş olunub. Onların arasında illərdir qorunub saxlanılan və sahibləri üçün xüsusi xatirə dəyəri daşıyan avtomobillər də var.
AZƏRTAC-a müsahibəsində klassik avtomobilin sürücüsü Nuhbala Dadaşov 1967-ci il istehsalı olan “Volqa QAZ-21” avtomobilinin onun ailəsi üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, avtomobili atası həmin il martın 19-da Saratovdan gətirib.
“Biz uşaq olanda bu maşının başından ayrılmırdıq. Atam dünyasını dəyişib, amma bu avtomobil bizə onu xatırladır. Ona görə də maşını qoruyub saxlamışıq”, – deyə N.Dadaşov bildirib.
O qeyd edib ki, avtomobillə Azərbaycanda müxtəlif tədbir və sərgilərdə iştirak edir: “Haraya çağırırlarsa, gedirik. Abşeron yeməkləri, Novruz bayramı ərəfəsində şirniyyat və paxlava sərgiləri, müxtəlif digər tədbirlər olur. Mümkün qədər bu avtomobillə həmin tədbirlərdə iştirak edirəm. Abşeron camaatı bu maşını çox sevir”.
N.Dadaşovun sözlərinə görə, klassik avtomobil şəhərdə də böyük maraq doğurur. “Bu gün 100-dək insan yaxınlaşıb şəkil çəkdirib. Yolda hərəkət edərkən də insanların maşının və bizim şəkillərimizi çəkdiyini görürəm”, – deyə o əlavə edib.
Sərgiyə gələn ziyarətçilər də retro avtomobillərə böyük maraq göstəriblər.
Klassik avtomobillər sərgisinin ziyarətçisi Fidan Əfəndi AZƏRTAC-a müsahibəsində köhnə avtomobillərə xüsusi maraq göstərdiyini deyib. O, xüsusilə “Mercedes” markalı klassik modelləri sevdiyini və sərgidə nümayiş olunan avtomobilləri çox gözəl hesab etdiyini bildirib.
“Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi çox gözəldir. Sərgilər böyük maraq doğurur və biz hər dəfə bu günləri səbirsizliklə gözləyirik”, – deyə F.Əfəndi vurğulayıb.
Retro avtomobillərin sahibləri üçün isə sərgi yalnız nəqliyyat vasitələrini nümayiş etdirmək deyil, həm də onların tarixini və şəxsi xatirələrini bölüşmək imkanı yaradıb.
Sərginin “Canlı əfsanə” nominasiyasının qalibi Röyanə Seyfəli AZƏRTAC-a müsahibəsində 1986-cı il istehsalı olan “Mercedes-Benz W126” S-Class avtomobili ilə ilk dəfə belə sərgidə iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, avtomobili xüsusi məqsədlə əldə etməyib, sadəcə bir xatirə olaraq qoruyub saxlayıb: “Belə bir həvəsim əvvəllər yox idi. Sadəcə xatirə olaraq saxlamışam və nəhayət, sərgidə iştirak edə bildim. Bu, mənim üçün çox xoşdur”.
R.Seyfəli gələcəkdə də bu cür sərgilərdə iştirak etmək və avtomobilini nümayiş etdirmək istədiyini qeyd edib.
“Marina Bay”də keçirilən sərgidə yürüşdə iştirak edən avtomobil sahibləri arasından müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb.
Qaliblər “Sərginin veteranı”, “Qızıl standart”, “Canlı əfsanə”, “Nadir incilər”, “Dövrün stil ikonası”, “Dövrün ruhu”, “Vintaj zərifliyi”, “Ənənələrin qoruyucusu”, “Yarış əfsanəsi”, “Dəmir aristokrat”, “Zəhmətkeş əfsanə”, “Xalqın sevimlisi”, “Dövrün səsi” və “Zaman kapsulu” nominasiyaları üzrə müəyyənləşdirilib.
Qonaqlara musiqi proqramı da təqdim edilib.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Leyla Əliyeva, Arzu Əliyeva, Anar Ələkbərov və... - Tanınmış şəxslər klassik avtomobillərin yürüşündə + VİDEO
Bugün, 00:34 GÜNDƏM
-
"Beşiktaş" "Barselona"nın futbolçusunu istəyir
Bugün, 00:26 İDMAN
-
Rusiyanın vurulan gəmisi Türkiyədə quruya "oturdu" - Sahibsiz tanker + FOTO
Bugün, 00:20 GÜNDƏM
-
ABŞ ORDUSU İRANA MƏXSUS ADANI BOMBALADI: "İki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb"
Bugün, 00:15 GÜNDƏM
-
"Qalatasaray" Rafael Leao ilə müqavilə imzaladı - 4 illik anlaşma, 38 milyon avroluq transfer haqqı...
Bugün, 00:06 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Zakir Həsənov Türkiyədədir
Bugün, 00:01 SİYASƏT
-
Şimali Kiprdə üç günlük matəm elan olunub: "18 nəfər yoxa çıxıb"
30.08.2026, 23:28 GÜNDƏM
-
Azərbaycanda klub prezidentindən ŞOK HƏRƏKƏT: içəri girdi, gözünə dəyəni…
30.08.2026, 21:25 İDMAN
-
"Qarabağ” da "sinifdə qaldı": limit getdi, bəs nəticə hanı?
30.08.2026, 21:21 İDMAN
-
Şimali Kiprdə 260 sərnişini daşıyan gəmi batıb (Yenilənib)
30.08.2026, 18:07 DÜNYA
-
Bakının bir addımlığında qaz və su problemi: evlər boşalır - AzTV süjet hazırladı + VİDEO
30.08.2026, 16:28 CƏMİYYƏT
-
Jurnalist Aqşin Əliyev direktor təyin edilib
30.08.2026, 15:55 PRESS
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
30.08.2026, 15:10 GÜNDƏM
-
Bulvarda klassik avtomobil sərgisi - FOTOLAR
30.08.2026, 14:26 GÜNDƏM
-
Hikmət Hacıyev: "Şahidlərin ifadələri yoxlanılır, güman edilən..." - "Hər ailə cavab almağa layiqdir"
30.08.2026, 14:10 SİYASƏT
-
Sabah yağış yağacaq
30.08.2026, 13:11 GÜNDƏM
-
İdarə rəisi vəzifədən azad edildi - General qızı ilə bağlı qalmaqala görə
30.08.2026, 13:01 GÜNDƏM
-
Aparıcı İsmayıllı yolundakı bərbad vəziyyətdən yazdı
30.08.2026, 12:22 CƏMİYYƏT
-
Rəsmi Bakıdan Türkiyəyə mesaj: "Zəfər Bayramınız mübarək!"
30.08.2026, 10:35 SİYASƏT
-
"Nazirin övladları belə uğursuz layihələrin maliyyələşdirilməsində hansı məqsəd güdürlər: pul, yoxsa şöhrət qazanmaq?!" - 30 milyonluq maya, 3 milyonluq qazanc?!
30.08.2026, 10:17 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
30.08.2026, 10:00 CƏMİYYƏT
-
Könül Kərimovanın qızı boşanıb
30.08.2026, 09:06 ŞOU-BİZNES
-
Niderland vətəndaşı Şəkidə itlərin hücumuna məruz qaldı, vəziyyəti ağırdır - DSX helikopter qaldırdı + VİDEO
30.08.2026, 09:01 CƏMİYYƏT
-
Deputat Ülvi Quliyev "ordusu"nu dəniz qırağına topladı: məqsəd nə olub? - FOTOLAR
30.08.2026, 00:42 SİYASƏT
-
Medianın İnkişafı Agentliyi bəyanat yaydı: "“Ajmedia. news” saytı reyestrdə mövcud deyil"
30.08.2026, 00:32 PRESS
-
Manset.az saytının yerləşdiyi binada yanğın olub - VİDEO
30.08.2026, 00:28 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30.08.2026, 00:03 CƏMİYYƏT
-
Bakıda faciləli şəkildə dünyasını dəyişən tələbə evin tək oğlu imiş...
29.08.2026, 19:50 CƏMİYYƏT
-
Qara dənizdə Türkiyə gəmiləri vuruldu - Səfir XİN-ə çağırıldı
29.08.2026, 18:05 GÜNDƏM
-
Növbəti 3 gündə yağış yağacaq - Xəbərdarlıq
29.08.2026, 15:19 CƏMİYYƏT
-
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer...
29.08.2026, 15:05 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərdi - MƏTN
29.08.2026, 13:18 GÜNDƏM
-
Sabah yağış yağacaq
29.08.2026, 12:34 CƏMİYYƏT