"Putinlə danışmışam, Rusiya NATO ərazisinə hücum etməyəcək" - "Haradan bilirsiniz ki, mən bunu etməmişəm?" 

\"Putinlə danışmışam, Rusiya NATO ərazisinə hücum etməyəcək\" - \"Haradan bilirsiniz ki, mən bunu etməmişəm?\" 

GÜNDƏM

Bugün, 00:04

"Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərim var. Onunla məhsuldar müzakirələr apardım. O, NATO ərazisinə hücum etməyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Oval Ofisdə keçirilən tədbirdə ABŞ lideri Donald Tramp jurnalistlərin "Moskva Britaniya, Fransa və Almaniyaya zərbə endirməyi istisna etmir, siz bu haqda nə deyə bilərsiniz" sualına cavabda deyib.

Tramp Rusiyanın NATO ərazisinə hücum edəcəyini düşünmədiyini bildirib.

O, Rusiya və İran arasında "nüvə proqramı" ilə bağlı son danışıqlara da münasibətini açıqlayıb və buna görə Moskvaya sanksiyalar tətbiq etməyi düşündüyünü gizlətməyib.

Bu an media mənsublarından biri İranla əlaqəli Çin banklarına niyə sanksiyalar tətbiq etməməsi ilə barədə ona sual ünvanlayıb. Trampın cavabı isə ikibaşlı olub:  "Haradan bilirsiniz ki, mən bunu etməmişəm? Etdiyim hər şeyi sizə danışmalıyam?"

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin bir neçıə gün əvvəl Rusiyaya gizli səfərinin məqsədindəndə söz açan Tramp bildirib ki, Moskvada yaxşı görüşlər olub: "MKİ rəhbəri Rusiya rəsmilərini NATO üzv dövlətlərinə və Baltikyanı ölkələrə hücumlardan çəkinməyə çağırıb. Səfərin əsas məqsədi də bu idi...".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR