GECƏNİN DAVASI: UEFA hərəkətləndi - "Fənərbağça"nın futbolçusuna təpik atan kim olub? - FOTOLAR

GECƏNİN DAVASI: UEFA hərəkətləndi - \"Fənərbağça\"nın  futbolçusuna təpik atan kim olub? - FOTOLAR

İDMAN

Bugün, 14:48

Ötən gecə Fransanın "Lyon" komandasını səfərdə devirərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Fənərbaxça"nın  futbolçusu Matteo Guendouziyə tullanıb təpik atan şəxsin kimliyi bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, İstanbul komandasının oyunçusuna hücum edən və bununla da gərginliyi daha da alovlandıran şəxs "Lion"un qapıçılar üzrə məşqçisi Antonio Ferreira olub.

Məlumata görə, meydançada başlayan gərginlik tunel girişində davam edib və "Fənərbaxça"nın oyunçuları və texniki heyəti Guendouziyə qarşı növbəti hücumların qarşısını almağa çalışıb.

Xəbərdə deyilir ki, həm oyun vaxtı tribunalarda yaşanan xoşagəlməz olaylar, həm də matçdan sonrakı hadisələr UEFA  tərəfindən araşdırılır. Gözlənilir ki, hər iki komanda baş verənlərə görə cəza alacaqlar.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR