İRANDAN ABŞ-a ƏKS-HÜCUM XƏBƏRDARLIĞI: "Əgər bizə hər hansı zərbə olarsa..."

İRANDAN ABŞ-a ƏKS-HÜCUM XƏBƏRDARLIĞI: \"Əgər bizə hər hansı zərbə olarsa...\"

GÜNDƏM

Bugün, 00:09

"Əgər İranın hər hansı infrastruktur hücum olarsa, dərhal və ölçüyəgəlməz qarşılıqlı cavab verəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü, general Məhəmməd Rza Mohibbi yerli dövlət televiziyasına müsahibəsində deyib.

General bildirib ki, İranın infrastrukturuna hücum gözləntisi barədə yeni xəbər alıblar: "Dediyim kimi, əgər hər hansı bir hücum olarsa, ABŞ-ın vacib enerji nöqtələrinə və həyati maraqlarına ağır zərbə vuracağıq. Düşmən (ABŞ-ı nəzərə tutuur-mia.az) İranın silah ehtiyatlarının məhdud olduğunu düşünür, lakin bu gözləntinin əksinə olaraq, İran ağıllı və idarə olunan raket istehsalını tam gücüylə  davam etdirir. ABŞ bunu çox yaxşı bilir. Onu da bilir ki, İrana hücum strateji əks zərbələrlə cavablanacaq".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR