Dünya Səhiyyə Təşkilatı QİÇS-in kökünü kəsmək hədəfiylə çıxış edib

Dünya Səhiyyə Təşkilatı QİÇS-in kökünü kəsmək hədəfiylə çıxış edib

CƏMİYYƏT

Bugün, 11:38

İnsanın immunçatışmazlığı virusu (İİV) ilə mübarizədə dünya dövlətləri birgə siyasət yürütməyə çalışır. Regional və dünya səviyyəsində təşkil olunan tədbirlərdə İİV-lə bağlı son innovativ profilaktika nümunələri, elmi tədqiqatların nəticələri, növbəti illər üçün virusla mübarizədə prioritet sahələr vurğulanır.

Mia.az xəbər verir ki, Azərbaycanda İİV-in profilaktikasına vətəndaş cəmiyyəti təşkilatları da qoşulub. 2006-cı ildən ölkəmiz AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun dəstəyilə zərərin azaldılması proqramlarını həyata keçirir və proqramın əsas resipiyenti Səhiyyə Nazirliyidi.

 Bizim ölkədə həyata keçirilən profilaktik, müayinə və müalicə işlərinin nümunəsi qlobal formatda da təqdim edilir, çünki əldə olunan nailiyyətlərin bölüşdürülməsi, təcrübə mübadiləsi də mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı məlumat verən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, zərərin azaldılması layihələrinin tətbiqi zamanı əldə olunan nəticələr davamlı və dayanıqlıdı. Beynəlxalq tədbirlərdə bizim ölkənin nüminəsi diqqəti cəlb edir: “Məsələn, artıq neçə ildi, biz zərərin azaldılması layihələrinin tətbiqi yoluyla İİV-in inyeksion narkotik istifadəçiləri (İNİ) arasında yayılması hallarının faizini aşağı salmışıq. Bilirsiniz ki, İNİ-lər İİV-ə yoluxmada yüksək əhali qrupudu. Bizim ölkə bu sahədə dayanıqlı nəticə əldə etməyə çalışır”. QHT sədrinin sözlərinə görə, anadan uşağa İİV-in vertikal yolla ötürülməsi hallarını bir sıra ölkələr tamamilə ləğv edib: “Amma çox təəssüf ki, bu sahədə problemlər qalır”.

Bu ilin iyulunda Braziliyanın Rio-de- Janeyro şəhərində hibrid formada (həm əyani, həm də virtual) təşkil olunan “AİDS-2026” adlı beynəlxalq konfransda vurtual iştirak edən QHT sədrinin sözlərinə görə, müvafiq paralel sessiyalarda ölkəmizdəki zərərin azaldılması layihələrinin əhəmiyyəti barədə, həyata keçirilən fəalliyyətin timsalında məlumat verib: “Sevinirəm ki, ölkəmizdə İİV-in profilaktikasında həyata keçirdiyi tədbirlər və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq nümunələri beynəlxalq tədbirlərdə maraqla qarşılanır və təqdir olunur”.

Məlumat üçün qeyd edık ki, 26-cı Beynəlxalq QİÇS Konfransı qlobal səhiyyə üçün tarixi dönüş nöqtələrindən biri hesab olunur. Konfrans "Rethink. Rebuild. Rise." (Yenidən düşün, Yenidən qur, Yüksəl) devizi ilə dünya ictimaiyyətinə bir sıra əhəmiyyətli mesajlar verib. Bunların arasında ən əhəmiyyətli məsələ dünyada İİV-lə mübarizədə yeganə maliyyə unstitutu olan AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun üzləşdiyi kritik maliyyə böhranının müzakirəsi və həlli yollarına dair təkliflərin səsləndirilməsidi. Çünki beynəlxalq donor maliyyələşməsinin 25% azalması fonunda qlobal proqramların davamlılığını təmin etmək üçün yeni strategiyaların hazırlanmasına zərurət yaranıb.

Z.Mustafayeva onu da bildirir ki, İİV-lə beynəlxalq mübarizədə hədəflər 2030-cu ilə qədər nəzərdə tutulub: “Hərçənd bu hədəf  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qoyulan mesajla üst-üstə düşür. Bilirsiniz ki, ÜST də 2030-cu ilə qədər İİV/QİÇS-in kökünü kəsmək hədəfiylə çıxış edib. “Qlobal tərəqqinin ilk ortamüddətli qiymətləndirilməsi hesabatı”nda da bu maraqlar təqdim edilib. Amma dünya dövlətləri bu maraqların təmin edilməsi üçün müxanizmləri hələ mükəmməl şəkildə təqdim etməyib”.

Hüseyn

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR