Prezidentlər və birinci xanımlar Buxarada: İsmayıl Samani türbəsi ilə tanışlıq oldu (Yenilənib)

Prezidentlər və birinci xanımlar Buxarada: İsmayıl Samani türbəsi ilə tanışlıq oldu (Yenilənib)

GÜNDƏM

Bugün, 15:00

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

Mia.az xəbər verir ki, bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə özünəməxsus memarlıq həlli ilə seçilir.

Abidənin əsas tikinti və bədii tərtibat materialı bişmiş kərpicdir. Tədqiqatçılar burada kərpic hörgüsünün 18 müxtəlif növünü müəyyən ediblər. Ənənəvi olaraq hesab edilir ki, burada Samanilər sülaləsinin banisi və ən görkəmli nümayəndələrindən biri İsmayıl Samani, onun atası və nəvəsi dəfn olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR