Paşinyan: "Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm"

Paşinyan: \"Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm\"

SİYASƏT

Bugün, 12:59

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində deyil və oradan çıxarılmasını gözləyir".

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi bərpa etməyəcəyik. O təşkilatda müzakirələr gedir və nizamnamə həmçinin ölkənin oradan çıxarıla biləcəyini nəzərdə tutur. Əgər Ermənistanı KTMT-dən xaric etmək qərarına gəlsələr, çox məmnun olacağam. Bu, bizi çıxmaq, yoxsa çıxmamaq seçimindən azad edəcək. Bizim KTMT-yə olan marağımız tükənib", - o əlavə edib/Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR