“İnsanlar həyat tərzindən asılı olmadan İİV-ə yoluxa bilər”
CƏMİYYƏT
21.08.2026, 13:53
Ölkəmizdə İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma riski əleyhinə profilaktika işlərində mütəxəssislər də iştirak edir.
“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın Mia.az-a bildirib ki, qeyri-hökumət təşkilatları (QHT) bunun üçün zərərin azaldılması layihələrində hüquqşünas, psixoloq, narkoloq, ginekoloqların dəstəyindən istifadə edir: “Bu layihələr əslində yüksək yoluxma riski altında olan həssas qruplara tibbi, sosial, hüquqi və psixoloji dəstəyin vahid platformasıdı”.
Qeyd edək ki, bu fəaliyyət zərərin azaldılması proqramları çərçivəsində həyata keçirilir. Proqram vətəndaş cəmiyyəti təşkilatlarının dövlət qurumları ilə əməkdaşlığını nəzərdə tutur. AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fond (QF) tərəfindən maliyyələşən proqramın əsas resipiyenti Səhiyyə Nazirliyidi. QHT-lər Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə sıx tərəfdaşlıq çərçivəsində risk qrupları arasında İİV-in profilaktikasını həyata keçirir.
QHT sədri bildirir ki, profilaktika proqramları müxtəlif QHT-lər tərəfindən 3 hədəf qrupu arasında keçirilir və onlar seks xidməti göstərən qadınları profilaktika, müayinə və müalicə xidmətlərinə cəlb edir: “Bu proqram milli imkanların gücləndirilməsi yolu ilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsinə yönəlib. 20 il əvvəl bu proqrama start verilib və son 17 ildə biz peşəkar imkanları və potensialı gücləndirməyə nail olmuşuq. Bu proqram təkcə QHT-nin inkişafına yox, səhiyyə xidmətlərinin də mükəmməl olmasına, kadrların bacarıqlarının artmasana, səhiyyədə maddi-texniki bazanın gücləndirilməsinə, səhiyyə xidmətləri arasında inteqrasiyanın inkişafına, QHT-lərə dost xidmət sahələrinin artırılmasına səbəb olub. Nəzərə alsaq ki, biz xüsusilə qapalı, cəmiyyətdə stiqma və diskriminasiyaya məruz qalan hədəf qrupları ilə işləyirik, onda aydın olar ki, səhiyyə strukturları ilə əməkdaşlıq bizim üçün nə qədər əhəmiyyətlidir. Müvafiq qurumlarda çalışan səhiyyə əməkdaşlarının vasitəsilə multidissiplinar komandalara qoşulmaq bizə hədəf qrupunun ehtiyaclarını operativ və dayanıqlı təşkil etməyə imkan verir”.
Z.Mustafayevanın sözlərinə görə, seks bizneslə məşğul olan qadınlar İİV-ə yoluxma riski yüksək olan əhali qrupudu və onların arasında İİV profilaktikası aparılır. Bu fəaliyyətə əsasən müayinələrə cəlb etmə və müalicəyə yönəltmə var: “Bəzən proqramın mahiyyəti və prinsipləri yalnış qəbul olunur. Biz insanların həyat tərzini dəyişməyə çalışmırıq. Olduğu yerdə və həyat tərzinə uyğun olmaqla davranışların dəyişilməsinə nail olmaq istəyirik. Çünki insanlar həyat tərzindən asılı olmadan İİV-ə yoluxa bilər”.
Proqram mütəxəssislərinin işinin əhəmiyyətini qeyd edən QHT sədri əlavə edir ki, hüquqşünas, psixoloq, narkoloq və ginekoloqlara yönəltmə profilaktikanın bir hissəsidi: “Bu halda hədəf qruplarının mövcud səhiyyə, hüquqi və psixoloji xidmətlərə çıxışı asanlaşır və onlar anonimliyin qorunması yoluyla müvafiq məsləhət, müayinə və müalicə ala bilir. Müayinələr zamanı İİV-ə yoluxma aşkarlanırsa, antiretrovirus (ARV) müalicəyə və vərəm infeksiyasına qarşı müayinələrə inteqrasiya təmin edilir. Bu, effetkiv şəkildə zəncirvari yoluxmanın qarşısını alır”.
Layihənin ən spesifik xüsusiyyətlərindən biri də hədəf qrupuna daxil olan şəxslərin üzləşdiyi hüquqi problemlərin həllidi: “Çünki risk qrupundan olan qadınlar cəmiyyətdə tez-tez ayrı-seçkilik və hüquq pozuntuları ilə qarşılaşırlar ki, bu da onların qapanmasına, müalicə prosesindən qaçmasına səbəb olur. Mülki və əmlak mübahisələri istisna olmaqla, risk qruplarının rastlaşdığı hər bir hüquq pozuntusu üzrə biz peşəkar vəkillik və hüquqi yardım xidməti təklif edirik. Hüquqi yardımla tibbi profilaktikanın belə vəhdəti vətəndaş cəmiyyətinin dövlətin səhiyyə strategiyasına dəstəyidi. Bu həmçinin ölkəmizdə yoluxucu xəstəliklərin idarə olunmasında, regional səhiyyə infrastrukturunun gücləndirilməsində və həssas qrupların cəmiyyətə reinteqrasiyasında mühüm əhəmiyyət kəsb edir”.
Hüseyn
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pakistanın Baş naziri İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
Bugün, 14:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
"Biz bu sülh gündəliyini dəstəkləyir və..." - Milli Məclisin deputatları və QHT rəhbərləri ABŞ senatorlarına cavab məktubu göndərdi
Bugün, 11:28 SİYASƏT
-
Prezident onlara yeni vəzifə verdi - Sərəncam
Bugün, 11:01 GÜNDƏM
-
MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Prezident sərəncam imzaladı + SİYAHI
Bugün, 10:55 GÜNDƏM
-
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağıb
Bugün, 10:45 GÜNDƏM
-
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Bugün, 09:45 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu
Bugün, 09:17 GÜNDƏM
-
Azərbaycan nefti 130 dollara satılır
Bugün, 09:03 İQTİSADİYYAT
-
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
Bugün, 00:40 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 CƏMİYYƏT
-
ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu ortadan qaldıracağıq"
09.10.2026, 23:29 DÜNYA
-
Mətbuat katibi partiya sədrini hədələdi: "Həddindən artıq irəli getdin..."
09.10.2026, 23:21 DÜNYA
-
Prezident İlham Əliyevin Xəzərlə bağlı həyəcanlı mesajı... - TƏHLİL
09.10.2026, 23:17 SİYASƏT
-
Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?"
09.10.2026, 23:12 GÜNDƏM
-
Neftçi" - "Sabah" oyununda ara qarışdı - VİDEO
09.10.2026, 23:01 İDMAN
-
İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində..."
09.10.2026, 20:26 SİYASƏT
-
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
09.10.2026, 20:02 GÜNDƏM
-
Çempionlar Lqası: Rafinya "Qalatasaray" matçını buraxacaq
09.10.2026, 18:30 İDMAN
-
Ukrayna 1900 km-dəki daha bir neft zavodunu vurub - Rusiyada
09.10.2026, 18:03 GÜNDƏM
-
Türkiyə Kuboku: 3-cü seçmə mərhələsinin püşkü atıldı
09.10.2026, 17:59 İDMAN
-
"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
09.10.2026, 17:52 İDMAN
-
Müdafiə Sənayesi Nazirliyində qeyri-adi təyinat oldu - “ŞaurmaN1”dən birbaşa baş mühasib vəzifəsinə...
09.10.2026, 17:46 CƏMİYYƏT
-
Samuxda qonşu qonşusunu bıçaqladı
09.10.2026, 17:31 KRİMİNAL
-
“İrşad Electronics”in satış şöbəsinin rəhbərinə cinayət işi açılıb
09.10.2026, 17:12 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
09.10.2026, 17:00 İQTİSADİYYAT
-
Brazilya ilk qırıcısını sınaqdan çıxardı - FOTOLAR
09.10.2026, 16:56 DÜNYA
-
Səudiyyə Ərəbistanı: "Bab əl-Məndəb boğazı husi üsyançılarından tam təmizləndi"
09.10.2026, 16:27 DÜNYA
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026, 16:27 GÜNDƏM
-
Məktəblərdə vahid geyim formaları ilə bağlı monitorinq aparılacaq
09.10.2026, 16:16 GÜNDƏM
-
Azərbaycan və İran prezidentləri görüşüb - Nələr müzakirə olunub? (FOTOLAR)
09.10.2026, 15:57 GÜNDƏM
-
Həbsdə olan jurnalistlər bəraət istədilər: "Onsuz da bizi elə linç edibsiz ki, buraxsanız belə, evdən çıxa bilməyəcəyik" - Məhkəmə iclası
09.10.2026, 15:40 PRESS
-
Xəzəryanı ölkələrin liderləri toplandı - İlham Əliyev çıxış edib + FOTOLAR (YENİLƏNİB)
09.10.2026, 15:29 GÜNDƏM
-
Müğənni Afət Fərmanqızı 7 min manat cərimələndi - Məhkəmə qərarı
09.10.2026, 15:18 ŞOU-BİZNES