Rəsmi Moskva Kiyevi ittiham edir: "Onların hazırkı mövqeyi böhranın sülh yolunu bağlayır"

Rəsmi Moskva Kiyevi ittiham edir: \"Onların hazırkı mövqeyi böhranın sülh yolunu bağlayır\"

DÜNYA

Bugün, 16:07

"Kiyevin hazırkı mövqeyi böhranın sülh yolu ilə həlli yolunu bağlayır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov  Moskvada jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, cəbhədəki vəziyyət aydındır, Rusiya ordusu inamla plana uyğun irəliləyir: "Xüsusi hərbi əməliyyatlar uğurla davam edir. Təəssüf ki, Kiyevin yanaşması məsələnin sülh yolu ilə həllin mümkünlüyünə nikbin baxmağa əsas vermir. Düzdür, Ukraynaya dəstək verməkdən bezmiş ölkələr də var. Lakin bunu şişirtmək olmaz. Ancaq buna paralel olaraq, bəzi ölkələr müharibənin davamında çox maraqlıdır. Məsələn, Böyük Britaniya. Bu ölkələr digər Avropa ölkələrini müharibəni davam etdirməyə təşviq edirlər. Əlbəttə, böhranın həllinə kömək etməyə çalışan az sayda ölkələrə minnətdarıq".

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR