Moldova prezidenti Türkiyəyə dəvət olunub

Moldova prezidenti Türkiyəyə dəvət olunub

DÜNYA

19.08.2026, 21:00

Türkiyə prezidenti Ərdoğanın lideri olduğu AK Partiyada sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu bu gün Moldovanın paytaxtı Kişinyovda adıçəkilən ölkənin prezidenti Maya Sandu tərəfindən qəbul edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər, Qaqauziya və bölgədəki məsələlər ətrafında müzakirə aparılıb.

Zorlu bildirib ki, Türkiyə Qaqauziyanın iqtisadi və sosial inkişafına, mədəni irsinin qorunmasına və Moldova ilə əlaqələrin möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək. O, Prezident Sandunu noyabr ayında Türkiyədə keçiriləcək COP31 Zirvə Toplantısına dəvət edib.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR