"Qalatasaray" Barış Alper Yılmaza 50 milyon avro qiymət qoyub

\"Qalatasaray\" Barış Alper Yılmaza 50 milyon avro qiymət qoyub

İDMAN

Bugün, 18:25

"Qalatasaray" klubu hücumçu Barış Alper Yılmaza konkret transfer qiyməti qoyub.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, "Qalatasaray" "Everton" və "Tottenhem" kimi Premyer Liqa klublarının radara aldığı Barış Alper Yılmaz üçün transfer qiymətini 50 milyon avro müəyyənləşdirib.

Məlumata görə, "Qalatasaray" klubu "Everton"un Barış Alper Yılmaz üçün  35+5 milyon avroluq təklifini rədd edib: "Bundan sonra ona 50 milyon avro transfer qiyməti müəyyənləşdirilib".

Xatırladaq ki, Barış Alper Yılmaz ötən mövsüm 49 rəsmi matçda 12 qol vurub, 16 məhsuldar ötürmə verib. 

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR