Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
GÜNDƏM
Bugün, 15:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Çıxışına Azərbaycan dilində başlayan Dankan Norman dedi: "Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təəsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram".
Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğuladı.
Səfir bərpaolunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini dedi, təhsil sahəsində əlaqələri qeyd etdi və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırdı.
O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya Hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini dedi.
Dankan Norman, eyni zamanda, ölkəsinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırlatdı.
Dövlətimizin başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzuladı, onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız ikitərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini dedi.
Minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirdi.
Otuz il əvvəl Azərbaycan-Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpaolunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirdi, bu xüsusda ölkəmizdə ilk Günəş elektrik stansiyasının bp tərəfindən tikildiyini qeyd etdi.
Dövlət başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğuladı.
Prezident İlham Əliyev dedi ki, regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək.
Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlətimizin başçısı Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğu vurğuladı.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AYDA-da daha bir təyinat olub
Bugün, 18:07 CƏMİYYƏT
-
TRAMP ELƏ XƏRİTƏ PAYLAŞDI Kİ... - İran ABŞ liderinin "bura bizim torpaq olacaq" mesajına sərt cavab verdi: "Ya bu xəyalpərəst yanlışını düzəldəcək, ya da..."
Bugün, 17:59 GÜNDƏM
-
"Qırmızı Körpü" gömrük postunda 1030 avtomobil gözləyir
Bugün, 17:52 GÜNDƏM
-
Süleymancılar təriqəti ilə bağlı daha bir şok xəbər - Sabiq nazirin məzarı açılacaq
Bugün, 17:35 GÜNDƏM
-
Azərbaycan CNN-ə qarşı iddia qaldırıb - Səbəb
Bugün, 17:32 PRESS
-
Mətbuat Şurasının üzvü "Beynəlxalq Media və Kommunikasiya Mükafatı"na layiq görülüb
Bugün, 17:17 PRESS
-
Azərbaycan və Gürcüstan sərhədində sıxlıq yaranıb
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Deputatın oğlu istintaqa çağırıldı - iki ittiham var (FOTO)
Bugün, 16:45 SİYASƏT
-
Xalq artisti: "Klipin bütün zəhmətini Aysun çəkib"
Bugün, 16:29 ŞOU-BİZNES
-
Türkiyədə sərnişin mikroavtobusu dərəyə aşdı: 4 ölü, 10 yaralı var
Bugün, 16:26 KRİMİNAL
-
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
Bugün, 16:09 KRİMİNAL
-
AFFA-da iki departament rəhbəri vəzifədən uzaqlaşdırıldı
Bugün, 15:45 İDMAN
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
Bugün, 15:21 GÜNDƏM
-
“İmişli”nin yeni transferində hepatit aşkarlandı
Bugün, 15:11 İDMAN
-
Rezidenturaya qəbulun nəticələri elan olundu
Bugün, 14:59 GÜNDƏM
-
Vəkil Elşad Məmmədov saxlanılıb - ŞİKAYƏT ƏSASINDA...
Bugün, 14:43 KRİMİNAL
-
Müşavir dindarları etiraza çağıran Fond rəhbərini hədələdi: "Sənin də suyun isindi, növbəni gözlə!"
Bugün, 14:27 SİYASƏT
-
Abdullah Gül sükutu pozdu
Bugün, 14:16 DÜNYA
-
YAYIN “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ
Bugün, 14:00 PRESS
-
Rusiya KİV-ləri Azərbaycana qarşı niyə səfərbər olunub? - AÇIQLAMA
Bugün, 13:47 SİYASƏT
-
Zelenski: "Biz bu Rusiya hücumuna mütləq cavab verəcəyik"
Bugün, 13:40 GÜNDƏM
-
RUSİYA SƏFİRİ XİN-ə ÇAĞIRILDI: "Analoji ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq doğurur"
Bugün, 13:17 GÜNDƏM
-
Azərbaycan muğam mədəniyyəti Rumıniyada festivalda nümayiş olunub - VİDEO, FOTOLAR
Bugün, 13:17 MƏDƏNİYYƏT
-
Türkiyəli müğənni bu dəfə geyimi ilə gündəmdə - FOTOLAR
Bugün, 13:08 ŞOU-BİZNES
-
Daha bir baş həkim vəzifədən azad olunub
Bugün, 12:42 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:26 CƏMİYYƏT
-
"Azərsun Holdinq"in məhsulu Dubayda zay çıxdı: "Şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, hətta..." - FOTO
Bugün, 12:16 İQTİSADİYYAT
-
“Baku Medical Plaza”da qeysəriyyə əməliyyatı olan qadın ölüb
Bugün, 12:02 CƏMİYYƏT
-
Nazir məşhur generalın oğlu haqda əmr imzaladı - Köməkçi vəzifədən azad olundu (FOTO)
Bugün, 11:49 GÜNDƏM
-
Məşhur bloger dənizdə dəhşət yaşadı: 2 metrlik köpəkbalığı ayağını qapdı - VİDEO, FOTOLAR
Bugün, 11:45 DÜNYA
-
"Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir" - Bəyanat
Bugün, 11:35 PRESS
-
Qadın və Uşaq sığınacağının sahibi həbs olunub
Bugün, 11:21 KRİMİNAL
-
Əli Mirəliyev: "Onun nə ölüsündən xəbər var, nə də dirisindən, ana anası Lalə xanım..."
Bugün, 11:08 MƏDƏNİYYƏT