"Azərsun Holdinq"in məhsulu Dubayda zay çıxdı: "Şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, hətta..." - FOTO 

\"Azərsun Holdinq\"in məhsulu Dubayda zay çıxdı: \"Şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, hətta...\" - FOTO 

İQTİSADİYYAT

Bugün, 12:16

"Bizim tarla"nın xarici ölkələrə ixrac edilən çiyələk mürəbbəsinin içərisindən qurd aşkarlanıb.

Mia.az Newscenter.az-a istinadla xəbər verir ki, hadisə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qeydə alınıb.

Dubayda yaşayan həmyerlimiz Yeganə Həsənova bu barədə məlumat verib.

Bildirib ki, 3 ildir Dubayda yaşayır, ancaq indiyədək aldığı heç bir məhsulun içərisindən insan orqanizmi üçün təhlükəli olan maddə çıxmayıb.

"Marketdə gördüm, qəribsədim, dedim özümüzkülərə xeyir verim, Vətənin dadını alım. Amma unutdum ki, bizimkilərin məsuliyyətsizliyini, işlərinə başdansovdu yanaşmasını. Gedib "Dubai Municipality"ə sizi şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, 100-200 K aed cərimə və 3 ay həbs cəzası kəsiləcək. Bura Azərbaycan deyil, qurdlu, təhlükəli əlinizə nə keçdi millətə satırsınız. Biraz vicdanla çalışın", - deyə Yeganə Həsənova vurğulayıb.

Xatırladaq ki, “Bizim Tarla” markası Azərsun Holdinq tərkibinə daxil olan Qafqaz Konserv Zavodu və Biləsuvar Konserv Zavodu tərəfindən istehsal olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR