“Atəşgah Sığorta” 994 min manat xalis zərər edib
İQTİSADİYYAT
Bugün, 14:32
“Atəşgah Sığorta” ASC 2026-cı ilin birinci yarısını 994 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründə 1,528 milyon manat xalis mənfəət əldə etmişdi.
Mia.az-ın məlumatına görə, bu barədə Plat.az şirkətə istinadən xəbər yaylıb.
Maraqlıdır ki, şirkətin əsas əməliyyat gəlirləri azalmayıb, əksinə, 15,7% artıb. Bu gəlirlər ötən ilin ilk yarısındakı 30,625 milyon manatdan 35,431 milyon manata yüksəlib.
Lakin bu artım şirkətin yekun gəlirlərində demək olar ki, özünü göstərməyib. Belə ki, “Atəşgah Sığorta”nın ümumi gəlirləri cəmi 0,4% artaraq 35,538 milyon manatdan 35,663 milyon manata çatıb.
Buna təsir edən əsas dəyişikliklərdən biri sığorta ehtiyatları ilə bağlı olub. Şirkətin gəlirlərində nəzərə alınan xalis sığorta ehtiyatlarının dəyişməsi ötən ilin ilk yarısında müsbət 2,732 milyon manat olduğu halda, bu ilin eyni dövründə mənfi 2,092 milyon manat təşkil edib. Beləliklə, bu göstərici üzrə bir ildə 4,823 milyon manatlıq mənfi dəyişiklik yaranıb.
Sadə dillə desək, əsas fəaliyyətdən gəlirlər artsa da, sığorta öhdəlikləri üçün hesablanan ehtiyatlardakı dəyişiklik həmin artımın yekun gəlirə təsirini əhəmiyyətli dərəcədə azaldıb. Hesabatda ehtiyatlardakı bu dəyişikliklərin konkret səbəbi açıqlanmır.
Eyni zamanda şirkətin xərcləri də artıb. Ümumi xərclər ötən ilin ilk yarısındakı 33,627 milyon manatdan 36,657 milyon manata yüksəlib. Bu, 3,03 milyon manat və ya 9% artım deməkdir.
Əsas əməliyyat xərcləri isə 14,3% artaraq 21,682 milyon manatdan 24,792 milyon manata çatıb.
Şirkətin investisiya portfelində də nəzərəçarpacaq dəyişiklik baş verib. 30 iyun 2026-cı il tarixinə “Atəşgah Sığorta”nın investisiya portfeli 46,185 milyon manat təşkil edib. Bir il əvvəl bu göstərici 48,920 milyon manat idi. Beləliklə, portfel bir ildə 2,734 milyon manat və ya 5,6% azalıb.
Portfelin strukturunda isə istiqrazlardan depozitlərə doğru ciddi dəyişiklik görünür. Şirkətin istiqrazlara yatırımları 29,136 milyon manatdan 19,347 milyon manata, yəni 9,789 milyon manat və ya 33,6% azalıb.
Bunun əsas hissəsi dövlət istiqrazlarının payına düşüb. Dövlət istiqrazlarına yatırımlar 26,908 milyon manatdan 19,262 milyon manata düşüb – azalma 7,646 milyon manat və ya 28,4% təşkil edib. Qeyri-dövlət istiqrazlarına yatırımlar isə 2,228 milyon manatdan cəmi 85 min manata enib.
Əvəzində “Atəşgah Sığorta”nın bank depozitləri əhəmiyyətli dərəcədə artıb. Depozitlərin həcmi 18,495 milyon manatdan 26,835 milyon manata yüksəlib. Bu, 8,34 milyon manat və ya 45,1% artım deməkdir.
Beləliklə, şirkət investisiya portfelinin ümumi həcmini azaltsa da, onun strukturunu əhəmiyyətli şəkildə dəyişib: istiqrazlara yatırımlar azaldılıb, depozitlərin həcmi isə artırılıb.
Bununla yanaşı, investisiya gəlirləri azalmayıb. Əksinə, 2025-ci ilin ilk yarısındakı 1,191 milyon manatdan 2026-cı ilin eyni dövründə 1,417 milyon manata yüksəlib – 19% artıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Futbolu buraxdı, gəliri 30 qat atdı - İllik qazancı heyrətamizdir
Bugün, 15:39 İDMAN
-
Azərbaycanda əhalinin sayı artıb
Bugün, 15:27 CƏMİYYƏT
-
Bakıda Baş İdarə rəisinin müavini həbs edilib - İki maddə ilə
Bugün, 15:19 GÜNDƏM
-
"Qalatasaray" yeni oyunçu alır - 28 milyon avroluq
Bugün, 15:07 İDMAN
-
Nigar Cəbrayılova müşavir təyin olunub
Bugün, 14:52 GÜNDƏM
-
AAYDA-da növbəti dəyişiklik - Sədr müğənninin qardaşını yüksək vəzifəyə təyin etdi (FOTO)
Bugün, 14:46 PRESS
-
"Heç kimin əlində qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur" - DİM sədrindən xəbərdarlıq
Bugün, 14:36 GÜNDƏM
-
“Atəşgah Sığorta” 994 min manat xalis zərər edib
Bugün, 14:32 İQTİSADİYYAT
-
Bakıda meydana Ukrayna şairi və yazıçısının adı verilib
Bugün, 14:30 MƏDƏNİYYƏT
-
Dövlət qulluqçularının adından dələduzluq edən 8 nəfər... - 2 mindən artıq bank kartı və...
Bugün, 14:04 KRİMİNAL
-
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib - Şok ittihamla
Bugün, 13:55 İQTİSADİYYAT
-
Müğənni aktyorla evləndi
Bugün, 13:04 ŞOU-BİZNES
-
İrandan havalanan dronlar Bərzaninin ofisini və kəşfiyyat idarəsini bombalayıb
Bugün, 12:50 GÜNDƏM
-
Prezident iki məcəllə, bir qanuna dəyişikliyi təsdiqləyib
Bugün, 12:37 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:34 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bu hərbçiləri təltif etdi - Sərəncam
Bugün, 12:18 GÜNDƏM
-
GENERAL, POLKOVNİKLƏR... - Prezident olarla bağlı sərəncam imzaladı (SİYAHI)
Bugün, 12:13 GÜNDƏM
-
BU HƏRBÇİLƏRİN RÜTBƏSİ ARTIRILDI: onlar kimdir? - Siyahı + FOTO
Bugün, 12:05 GÜNDƏM
-
“Daş yuxular”ın mənəvi atası AYB və ya Qərb dünyası ilə erməni lobbisinin Əylisli fiaskosu...
Bugün, 12:01 YAZARLAR
-
“Sumqayıt”ın kapitanı özünə ciddi xəsarət yetirib - VİDEO
Bugün, 11:57 İDMAN
-
İlham Əliyev Ukraynanın sabiq lideriylə ilə görüşdü - Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu + FOTOLAR
Bugün, 11:49 GÜNDƏM
-
Prezident İlham Əliyev Prabovo Subiantoya məktubu ünvanlayıb
Bugün, 11:36 GÜNDƏM
-
Zakir Həsənovla Elçin Quliyev generalın tabutunu çiyinlərinə aldı - FOTOLAR
Bugün, 11:29 SİYASƏT
-
Deputat Ülvi Quliyevin qudası barədə məhkəmə qərar verdi - Təfərrüat
Bugün, 11:20 KRİMİNAL
-
Kolleclərə qeydiyyat prosesi başlayır
Bugün, 11:08 GÜNDƏM
-
Gələn həftə ilin ikinci Ay tutulması olacaq
Bugün, 10:57 GÜNDƏM
-
"Beşiktaş" tarix yazır: 5 oyun, 5 qələbə...
Bugün, 10:47 İDMAN
-
Trampdan Şimali Koreyaya jest - "Qonşu ölkəylə hərbi təlimin miqyası kiçildiləcək"
Bugün, 10:42 DÜNYA
-
İcra başçısı və generallar toyda belə rəqs etdilər - VİDEO
Bugün, 10:27 MƏDƏNİYYƏT
-
Ukrayna Rusiyaya 822 dronla hücum edib - Qarşılıqlı zərbələr şiddətlənib
Bugün, 10:11 GÜNDƏM
-
30 ştat "Meta"ya qarşı birləşdi: "Instagram və Facebook əbədi olaraq dəyişə bilər"
Bugün, 10:03 PRESS
-
Balakəndə qarğıdalı sahəsində narkotik bitki becərən şəxs saxlanılıb
Bugün, 10:01 KRİMİNAL
-
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?
Bugün, 09:58 İQTİSADİYYAT
-
Dərslər nə vaxt başlayacaq? - AÇIQLAMA
Bugün, 09:57 CƏMİYYƏT