BU HƏRBÇİLƏRİN RÜTBƏSİ ARTIRILDI: onlar kimdir? - Siyahı + FOTO

BU HƏRBÇİLƏRİN RÜTBƏSİ ARTIRILDI: onlar kimdir? - Siyahı + FOTO

GÜNDƏM

Bugün, 12:05

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Mürsəl oğlu Ələkbərova

general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova

general-mayor Faiq Həmzəağa oğlu Məmmədova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Elfan Şakir oğlu Quliyevə.

****

Xatırladaq ki, general-leytenant olan zabitlərdən 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, həm də Vətən Müharibəsi Qəhrəmanıdır.

“General-leytenant” ali hərbi rütbəsi verilən Aqşin Ramiz oğlu Məhərrəmov isə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır.

General-leytenant olan Faiq Həmzəağa oğlu Məmmədova gəlincə, o, bu ilin aprelində Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri təyin edilib. Daha əvvəl DSX-də Baş idarə rəisi, DSX Akademiyasının rəis əvəzi kimi önəmli vəzifələrdə də çalışıb.

Qeyd edək ki, dövlət başçısının Sərəncamı ilə DSX-nin polkovniki Elfan Şakir oğlu Quliyevə də ali hərbi rütbə verilib. O, bu gündən “general-mayor” ali hərbi rütbəsini daşıyacaq.

Fotoda Babək Ələkbərov

Fotoda Aqşin Məhərrəmov

Fotoda Faiq Məmmədov

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR