Balakəndə qarğıdalı sahəsində narkotik bitki becərən şəxs saxlanılıb

Balakəndə qarğıdalı sahəsində narkotik bitki becərən şəxs saxlanılıb

KRİMİNAL

Bugün, 10:01

Balakəndə qarğıdalı sahəsində narkotik bitki becərən şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yaylb.

Bildirilib ki, narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.

Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR