“Ana oturub uşağının yanında qəlyan çəkir, bu uşaqın aqibəti necə olacaq?" - İqbal Ağzadə 

“Ana oturub uşağının yanında qəlyan çəkir, bu uşaqın aqibəti necə olacaq?\" - İqbal Ağzadə 

SİYASƏT

Bugün, 10:00

Sabiq deputat İqbal Ağazadə çıxışlarının birində cəmiyyətin gələcəyi baxımından həssas məqamlara toxunub və bir sıra mühüm mesajlar verib.

Mia.az xəbər verir ki, o, ictimai yerlərdə, xüsusilə restoran, kafe və pablar kimi məkanlarda qəlyan çəkilməsi, eləcə də uşaqların belə mühitlərdə olmasını qəbuledilməz sayıb: 

“Ana oturub uşağının yanında qəlyan çəkir. Bu uşaqın aqibəti necə olacaq? Bu uşaq hansı nümunəni götürəcək? Bundan danışmaq lazımdır. Mənəviyyatımız məhv olur. Nədən restoranlarda, kafelərdə, pabda bir dənə nəzarət yoxdur?

Qadınlar saat 00:00-da körpə uşaqlarla pabda oturub qəlyan çəkir. Hətta qızlar üçün qəlyan pulsuzdur. Nəyi təbliğ edirik? Niyə orada qəlyan çəkilməlidir? Beş manat artıq pul qazanmaqdan ötrü milli-mənəvi dəyərlərin hamısını korlamalıyıq? Niyə bu qanunda tənzimlənmir?”. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR