"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...

\"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa...\" - Şair nazir müavininə elə mesaj verdi ki...

CƏMİYYƏT

Bugün, 14:01

"Çox sayda insan yazır ki, Cavid Qurbanov (Dövlət Dəmir Yolları idarəsinin sabq rəisi, Kəlbəcərin keçmiş deputatı və hazırda nazir müavini - Mia.az) çox insana maddi kömək edib, çox iş görüb. Şərt deyil ki, hər kəs münasibət bildirsin. Münasibət bildirən insanlara isə bir sualım var: kişi kimi, vicdanla cavab versinlər. Qurbanovun o sərvəti haradandır? Deyin, bəlkə mən bilmirəm. Bəlkə gənc vaxtı Ağdabanda qızıl küpləri tapıb, indi də onları xərcləyir".

Mia.az xəbər verir ki, bu sözləri şair səxavət Kəlbəcərli "Feysbuk"dakı hesabında yazıb.

O, paylaşımına daha sonra beə davam edib:

"Siz deyə bilmirsiniz, mən deyirəm: əgər qanunsuz mənimsəmə varsa, həmin sərvət sənin də, mənim də haqqımdır. Uşaq pulu ala bilməyən minlərlə uşağın haqqıdır.

Qazandığı sərvətin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb. Bunu bilənlər bilir.
Əgər bu sərvət qanunsuz yollarla əldə edilibsə, onun xaricdə biznes şəbəkələri qurmağa xərclənməsi də ciddi suallar doğurur.
Davamlı şəkildə yazırsınız ki, Qurbanov çoxlarına maddi dəstək olub, çox işlər görüb. Axırda cinayət işi açılsa, “Bu sərvəti haradan qazanmısınız?” sualı veriləcək.
Nə isə, trolluq edənlər düzgün yolda deyil. Mənim sualım sadədir: bu sərvətin mənbəyi haradandır?".
P.S. Cavid Qurbanovun da rəyini yazıya əlavə etməyə hazırıq.
Samir
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR