Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO

Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO

SİYASƏT

Bugün, 19:09

Bu gün sübh çağı Ankara Baş Prokurorluğu tərəfindən Türkiyədə məşhur Süleymançılar təriqətinə qarşı həyata keçirilən əməliyyatda təşkilatın lideri Alihan Kuriş də daxil olmaqla  saxlanılan 49 şübhəlidən 30-u saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təriqət gizli maliyyə və kommersiya əlaqələri ilə bağlı aparılan araşdırmalarda 32 şirkət də aşkarlanaraq, nəzarətə götürülüb.

Ankara Baş Prokurorluğundan bildirilib ki, əməliyyat çərçivəsində axtarış və müsadirə qərarı verilən 33 şirkət arasında brend  geyimlərdə ixtisaslaşmış "Armine Giyim Sanayi ve Ticaret Anonim Şirketi"nin adı da var: "Bundan başqa, "Ayakkabı Dünyası Kundura Sanayi ve Ticaret Anonim Şirketi"nin də adı daxil olmaqla, İstanbul, Sakarya,  Ankara, Antalya, Bolu və Kocaelidə tərqiətin gizli maliyyə qaynaqları olan şirkətlər təsbit olunub. Hazırda Alihan Kurişin rəhbərlik etdiyi təriqət "cinayətkar təşkilat yaratmaq və idarə etmək", "cinayətkar təşkilata üzv olmaq", "çirkli pulların yuyulması", "dövlət qurumlarına qarşı dələduzluq" və "vergi qaçaqçılığı" və sairlə yanaşı, xaricə 100 milyard lirəlik köçürmələr, silah saxlanmal və sair cinayətlərdə də ittiham olunurlar..."

Daxil işlər naziri Akın Gürlek deyib ki, əməliyyat təriqətin dini fəaliyyətinə deyil, şübhəli maliyyə  qaynaqları ilə əlaqəlidir.

Tahir Şəlvəli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR