Hakan Fidan sabah Misirə gedir

Hakan Fidan sabah Misirə gedir

GÜNDƏM

Bugün, 15:50

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfərə gedir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 13-14 avqust tarixlərində gerçəkləşəcək səfər zamanı nazir  Misir prezidenti Əbdülfəttah əs-Sisi  və yüksək vəzifəli Misir rəsmiləri ilə görüşəcək.

Məlumata görə, görüşlərdə ikitərəfli və regional münasibətlər ətraflı müzakirə olunacaq.

Eyni zamanda, Hakan Fidan Misir xarici işlər naziri Bədr Əbdülətlə birgə həmsədrlik etdiyi Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun (BPQ) ikinci iclasına qatılacaq.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR