Özgür Özəl və daha iki deputat həbs təhlükəsiylə üz-üzə - Toxunulmazlığın qaldırılma tələbi parlamentə göndərildi

Özgür Özəl və daha iki deputat həbs təhlükəsiylə üz-üzə - Toxunulmazlığın qaldırılma tələbi parlamentə göndərildi

GÜNDƏM

Bugün, 16:45

Türkiyədə Yeni Partiyanın lideri Özgür Özəllə yanaşı, partiyanın  Malatyadan deputatı Vəli Ağbaba və Türkiyə İşçi Partiyasının İstanbul millət vəkili Sera Kadıgil həbs təhlükəsi ilə üz-üzədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq hər üç deputatın toxunulmazlığının ləğvi ilə bağlı  Parlamentə istintaq materialları təqdim olunub.

Məlumata əsaəsn, sənədlər Parlamentin Konstitusiya və Ədalət Komitələrinin üzvlərindən ibarət Birgə Komitəyə göndərilib: "Komitə müsbət qərar verirsə, o zaman hər üç deputatın toxunulmazlığının ləğvi aktuallaşacaq. Belə olan halda isə onların həbsi qaçılmaz olacaq".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR