Tramp Türkiyədən dönərkən həyatına qəsd ehtimalının varlığını təsdiqlədi: "Bir çox fərqli mənbələrdən təhdidlər alıram" - "Məxfi Xidmət nə desə, onu da edirəm"

Tramp Türkiyədən dönərkən həyatına qəsd ehtimalının varlığını təsdiqlədi: \"Bir çox fərqli mənbələrdən təhdidlər alıram\" - \"Məxfi Xidmət nə desə, onu da edirəm\"

GÜNDƏM

Bugün, 09:49

"Bir çox fərqli mənbələrdən təhdidlər alıram".

Mia.az  xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Tramp Ohayodan Vaşinqtona dönərkən  jurnalistlərdən birinin Türkiyədə keçirilən NATO Sammitində çox gizli şəkildə aparılan əməliyyatla təyyarə dəyişməsi barədə sualına cavabda deyib.

Tramp etiraf edib ki, ona bunu məxfi idarə məsləhət görüb: "Bəli, ötən ay NATO Zirvəsində iştirakdan sonra Türkiyəni tərk edərkən Məxfi Xidmət başqa bir təyyarədən istifadə etməyi məsləhət  bildi. Onların təhlükəsizliklə bağlı narahatlıqları vardı. Bu kimi məsələlər tamamilə Məxfi Xidmətdən asılıdır. Mən, sadəcə, onların dediklərini edirəm. Buna görə də Məxfi Xidmətin və hərbçilərin göstərişlərini icra elədim. Bəli, fərqli  mənbələrdən çoxlu təhdidlər var. Bunu nəzərə alaraq, məndən bunu etməyimi istədilər və etdim. Nə desələr, onu da edirəm. Düşünürəm ki, təhdid var idi. Bu barədə çox sual vermədim. Çünki dediyim kimi, çoxlu təhdidlər alıram."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR