Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi

Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi

GÜNDƏM

Bugün, 15:32

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycanın Milli Qəhrəmanı İbad Mösüm oğlu Hüseynliyə “Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi, 21” ünvanında 3 mərtəbədən ibarət qeyri-yaşayış binası tikməyə icazə verib.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, istehsalat binası olacaq obyektin tikintisinə 31 iyul 2026-cı il tarixli ETİ-78/26 saylı sənəd əsasında icazə verilib.

Qeyd edək ki, 7 iyul 2026-cı il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-4588/2026 saylı, həmçinin 19 iyun 2026-cı il tarixində tikinti layihəsinə dair 42155 saylı ekspertiza rəyləri verilib. Bildirilir ki, tikintisinə icazə verilən obyektin tikinti sahəsi 687,88 kv. metr olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR