Ukrayna NATO-dan kömək istəyib - Minalarla bağlı

Ukrayna NATO-dan kömək istəyib - Minalarla bağlı

DÜNYA

Bugün, 14:49

"Ukrayna NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzindən (EADRCC) mina təmizləmə və partlayıcı sursatların təmizlənməsi üçün dəstək istəyib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə NATO bəyanat yayıb.

Bəyanatda deyilir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna ərazisində saysız partlayıcı sursat tələləri var: "Bu, və mülki əhali və vacib infrastruktura ciddi təhlükə yaradır. Ukrayna bunları zərərsizləşdirilməsi üçün TAC-6 taktiki bomba zərərsizləşdirmə kostyumları, taktiki ballistik eynəklər və taktiki qoruyucu qulaqcıqlar kimi avadanlıqlar istəyib. Biz Ukraynanın bu tələbini dəyərləndirməkdəyik".

F.Səfərli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR