İran XİN başçısı: "Həm müharibədə, həm də diplomatiyada qalib gəldik"

İran XİN başçısı: \"Həm müharibədə, həm də diplomatiyada qalib gəldik\"

DÜNYA

Bugün, 13:07

"Həm müharibədə, həm də diplomatiyada qalib gəldik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın Xarici işlər naziri Abbas Əraqçi 28 fevralda ABŞ-İsrail hücumları ilə Səhiyyə Nazirliyində keçirilən tədbirdə deyib.

O, müharibədə zədələnmiş infrastrukturun bərpasıni həyata keçirəcəklərini bildirib və əlavə edib ki, əsas odur ki, ölkənin və xalqın şərəfini ləyaqətlə qoruyublar: "ABŞ və İsrailin hücumları ilə başlayan müharibədə İran özünü sübut etdi və məğlubedilməz bir qüvvə olduğunu dünyaya göstərdi. Dəfələrlə digər ölkələrin rəsmilərindən "İranlılar möcüzə göstərdilər və bütün dünyanı təəccübləndirdilər" sözlərini eşitmişəm. Heç kim İranın ABŞ-la bu cür qarşıdurmaya girəcəyini və nəticədə düşməni danışıqlar tələb etməyə məcbur edəcəyini düşünmürdü. Halbuki, ABŞ prezidenti Donald Tramp müharibənin əvvəlində  "qeyd-şərtsiz təslim olmaq" çağırışı edirdi. O düşmən ki, 20 gün sonra bizə danışıqlar üçün yalvarırdı. indisə bizə digər ölkələrdən deyirlər ki, siz  həm müharibədə, həm də diplomatiyada qalib gəlmisiniz. Bəli, bu faktdır!".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR