"Korte Bəyannaməsi" qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
SİYASƏT
Bugün, 11:33
Korsikanın Korti şəhərində Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan "Nazione" siyasi hərəkatının təşkilatçılığı ilə "Beynəlxalq Günlər" adlı tədbirin növbəti, 44-cü buraxılışı keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Bildirilib ki, tədbirdə, eyni zamanda, BTQ-nin dəstəyi ilə 2024-cü ilin iyulunda Bakıda təsis edilmiş, Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan Dənizaşırı ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiya və hərəkatları birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri də iştirak ediblər.
Tədbirin yekununda Beynəlxalq Dekolonizasiya Cəbhəsi tərəfindən "Korte Bəyannaməsi" qəbul edilib.
Bəyannamədə qeyd olunub ki, Fransa dövlətinin idarəçiliyi altında olan bütün fərqli coğrafi ərazilərdə yerli xalqların fundamental hüquqlarını və suverenliyini tapdalayan eyni kolonial istismar mexanizmləri tətbiq olunmaqdadır. Rəsmi Parisin yürütdüyü məqsədyönlü mövcud iqtisadi siyasətin yerli sərvətləri amansızcasına taladığı, ərazilərdə süni bahalıq yaratdığı və kütləvi işsizlik formalaşdıraraq gəncləri öz doğma yurdlarından uzaqlaşmağa, mühacirətə və ya sosial müavinətlərdən asılı yaşamağa məhkum etdiyi kəskin şəkildə vurğulanıb.
Bununla yanaşı, Fransa "ədalət" sisteminin birbaşa himayəsi və şərikliyi ilə yerli əhalinin torpaqlarının müsadirə edildiyi, xarici maraqlara xidmət edən spekulyasiyalara yol açıldığı və demoqrafik strukturu dəyişərək yerli xalqları öz vətənlərində azlığa çevirmək məqsədilə planlı şəkildə "məskunlaşdırma kolonizasiyası"nın davam etdirildiyi bildirilib. Fransa hakimiyyətinin müstəmləkə əleyhinə mübarizə aparan dinc fəallara və müqavimət hərəkatlarına qarşı qanunsuz güc tətbiq edib onları kriminallaşdırdığı qeyd olunub. Vurğulanıb ki, rəsmi Paris Martinik və Qvadelupda on minlərlə insanın həyatına təsir edən qorxulu xlordekon pestisidi zəhərlənməsi cinayəti kimi ağır ekoloji və humanitar skandalların üstünü məhkəmə yolu ilə ört-basdır edərək tam cəzasızlıq mühiti formalaşdırıb.
Bəyannamədə Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransadan tələb edib ki, Fransa dövləti Yeni Kaledoniyadakı (Kanaki) Bujival sazişləri, Korsikadakı Bovo prosesi və digər regionlarda davam edən müzakirələr vasitəsilə bu xalqların milli və siyasi mövcudluğunu danmaq, onları sadəcə hüquqsuz "ada icması" səviyyəsinə endirmək cəhdlərinə dərhal son qoymalıdır. Bu ərazilərin hər birinin beynəlxalq hüquqa və tarixi legitimliyə malik, öz müqəddəratını təyin etmək hüququ olan müstəqil millətlər olduğunu bəyan edir.
Cəbhə BMT Baş Assambleyasının müstəmləkəçiliyin tamamilə ləğv edilməsini ehtiva edən 75/123 saylı tarixi qətnaməsinə istinad edərək Fransanın müstəmləkəçiliyi altında yaşayan Dənizaşırı ərazilərin yenidən BMT-nin rəsmi dekolonizasiya olunmalı ölkələr siyahısına salınması üçün qlobal müstəvidə hüquqi, diplomatik və siyasi addımlarını daha da genişləndirəcəyini və bu kollektiv strategiyanı kəsintisiz davam etdirəcəyini elan edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Fənərbağça" məşhur hücumçu ilə razılaşdı - 2 illik müqavilə + 6 milyon avro...
Bugün, 14:06 İDMAN
-
Azərbaycanda unun topdansatış qiymətləri - SİYAHI
Bugün, 13:59 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
Bugün, 13:55 GÜNDƏM
-
Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə edam cəzası çıxarıldı
Bugün, 13:18 GÜNDƏM
-
İran XİN başçısı: "Həm müharibədə, həm də diplomatiyada qalib gəldik"
Bugün, 13:07 DÜNYA
-
Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
Bugün, 12:56 GÜNDƏM
-
DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib: "Əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin"
Bugün, 12:51 GÜNDƏM
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:24 GÜNDƏM
-
Lənkəranda biabırçı mənzərə - VİDEO
Bugün, 12:17 CƏMİYYƏT
-
Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Bugün, 12:11 CƏMİYYƏT
-
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir - FOTOLAR
Bugün, 12:11 İQTİSADİYYAT
-
Rəşid Mahmudov: “Kim qadağan edə bilər mənə bunu?"
Bugün, 11:59 PRESS
-
“Kristal AA”nın yaşayış binasında hostel... - Sakinlər ayağa qalxdı (AÇIQLAMA + VİDEO)
Bugün, 11:54 CƏMİYYƏT
-
"Korte Bəyannaməsi" qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
Bugün, 11:33 SİYASƏT
-
Xalq artisti oğlunun ad gününü belə qeyd etdi - VİDEO
Bugün, 11:19 ŞOU-BİZNES
-
Aysel ARB-yə "yox" dedi
Bugün, 11:07 PRESS
-
Məşhur qolkiperin əvəzinə "Fənərbağça"ya təklif olunan hücumçunun görüntüləri... - FOTOLAR
Bugün, 10:59 İDMAN
-
Məhkəmələrin fəaliyyəti monitorinq olunacaq - Ali Məhkəmə məlumat yaydı
Bugün, 10:49 CƏMİYYƏT
-
Rusiya Kiyev, Zaporojye və Dnepropetrovskini bombalayıb: ölən və yaralananlar var
Bugün, 10:46 GÜNDƏM
-
Harri Potter fanatlarının kampaniyası işə yaradı: 580 milyon dollarlıq layihənin istiqaməti dəyişdirildi (FOTO)
Bugün, 10:24 MƏDƏNİYYƏT
-
Dövlət sərhədində 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bugün, 10:24 KRİMİNAL
-
17 yaşlı türk qolkiper İngiltərə komandasına gedir
Bugün, 10:02 İDMAN
-
"Əl-Cəzirə" "Trabzonspor"un gənc oyunçusunu transfer etdi
Bugün, 09:46 İDMAN
-
Deputatla AMEA əməkdaşı arasında qalmaqal - “Dili kəsilməlidir” dedi, “Savadsız” deyəndə, məndən inciyirlər" cavabını aldı
Bugün, 09:42 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti 95 dolları ötdü
Bugün, 09:37 İQTİSADİYYAT
-
Liviya yenidən qarışdı: nəhəng yanacaq anbarları dronla vuruldu, general öldürüldü, Mərkəzi Bank sədri istefa verdi (Yenilənib)
Bugün, 09:26 DÜNYA
-
"Konyaspor" Artur Masuaku ilə 2 illik müqavilə imzaladı
Bugün, 09:21 İDMAN
-
Bu gün Bakının iki, Ağdaş, Tərtər və Yevlax rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Bugün, 09:14 CƏMİYYƏT
-
Xəzər dənizində boğulan daha bir nəfər axtarılır
Bugün, 09:10 GÜNDƏM
-
Qaraçuxurda tikinti şirkəti küçəni iki yerə bölüb - Sakinlər şikayət edir, dinləyən yoxdur (FOTO)
Bugün, 09:05 CƏMİYYƏT
-
Avropada qızmar hava dalğası gözlənilir - Xəbərdarlıq
Bugün, 00:33 DÜNYA
-
Abdullah Öcalanın ailə üzvləri ilə yeni fotosu yayıldı
Bugün, 00:27 DÜNYA
-
"Liverpul" Ronald Araujonu icarəyə götürdü
Bugün, 00:24 İDMAN
-
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Bugün, 00:19 GÜNDƏM