Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
SİYASƏT
08.08.2026, 10:28
"8 avqust 2025-ci il Cənubi Qafqazın müasir tarixində xüsusi siyasi və geosiyasi əhəmiyyət daşıyan tarixlərdən biri kimi yadda qaldı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən görüş və onun nəticələrinə dair Birgə Bəyannamənin imzalanması, eyni zamanda sülh sazişinin razılaşdırılmış mətninin paraflanması regionumuzda uzun illər davam edən qarşıdurmanın bitməsi və sülh prosesinin yeni siyasi mərhələyə keçməsini rəsmiləşdirdi".
Mia.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Vasif Qafarov Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşündən ötən bir il ərzində əldə edilən uğurları şərh edərkən deyib.
Vaşinqton prosesi Azərbaycanın diplomatik qələbəsini rəsmiləşdirdi
O bildirib ki, Vaşinqton görüşünün əhəmiyyəti yalnız iki ölkə arasında sülh prosesinin növbəti mərhələsi ilə məhdudlaşmır. Çünki bu hadisə 30 ildən artıq davam etmiş münaqişənin aradan qalxması, beynəlxalq hüquqa əsaslanan yeni regional düzənin formalaşması və Azərbaycanın öz milli maraqlarını təmin edən yeni geosiyasi mühitin yaranması baxımından strateji dönüş nöqtəsi kimi çıxış edir:

"Bu baxımdan Vaşinqtonda əldə olunan nəticə 2020-ci il Vətən müharibəsindən sonra formalaşan və 2023-cü ildə antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi ilə yeni mərhələyə qədəm qoyan reallığın diplomatik müstəvidə möhkəmləndirilməsi oldu. Azərbaycan əvvəlcə döyüş meydanında, daha sonra isə diplomatik masada öz mövqeyini təsdiqlədi və bu proses Cənubi Qafqazın siyasi xəritəsini və təhlükəsizlik arxitekturasını müəyyən edən əsas amillərdən birinə çevrildi. Azərbaycanın dövlət siyasətinin əsas nəticələrindən biri ondan ibarətdir ki, vaxtilə "dondurulmuş münaqişə" kimi təqdim edilən Qarabağ məsələsi artıq Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə öz ədalətli həllini tapan reallığa çevrilib. Vaşinqton Bəyannaməsində də keçmiş münaqişənin geridə qalması, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipləri əsasında yeni qonşuluq münasibətlərinin qurulmasına başlanılması vurğulanır. Tərəflər gələcəkdə revanş cəhdlərini rədd etdiklərini rəsmiləşdiriblər. Bu, Azərbaycan üçün mühüm siyasi nəticədir, çünki uzun illər ərzində beynəlxalq vasitəçilik mexanizmlərinin əsas problemi münaqişənin həlli ilə status-kvonun qorunması arasında ziddiyyətin aradan qaldırılmaması idi. Azərbaycan isə bu yanaşmanı qəbul etməmiş, işğal faktının aradan qaldırılmasını, ərazi bütövlüyü və suverenliyin təmin olunmasını və yalnız bundan sonra regionda davamlı sülh və əməkdaşlıq mühitinin yaradılmasını əsas prinsip kimi irəli sürmüşdü. Bu gün Vaşinqton sənədlərində əksini tapan yeni siyasi yanaşma məhz həmin uzunmüddətli və ardıcıl dövlət mövqeyinin nəticəsidir".
Azərbaycan regional proseslərin obyektindən subyektinə çevrildi
Deputat vurğulayıb ki, Cənubi Qafqazda yaranmış yeni status-kvonu yalnız 8 avqust 2025-ci il Vaşinqton görüşünün nəticəsi kimi qiymətləndirmək düzgün olmaz, çünki bu, nəticə uzun illər ərzində Azərbaycan tərəfindən həyata keçirilmiş siyasi, diplomatik, hərbi və iqtisadi strategiyanın məntiqi davamıdır:

"2020-ci il müharibəsi Azərbaycanın hərbi gücünü və siyasi iradəsini nümayiş etdirdi, 2023-cü ildə Qarabağda suverenliyin tam bərpa olunması isə regiondakı əvvəlki təhlükəsizlik modelini kökündən dəyişdirdi. Bundan sonra ölkəmizin qarşısında duran əsas vəzifə əldə edilmiş nəticələrin beynəlxalq siyasi müstəvidə möhkəmləndirilməsi və yeni regional əməkdaşlıq modelinin qurulması idi. Vaşinqton prosesi məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan artıq öz ərazisinin statusunu müzakirə edən tərəf deyil, regionda sülhün, təhlükəsizliyin, nəqliyyat bağlantılarının və iqtisadi əməkdaşlığın formalaşmasında əsas aktorlardan birinə çevrilib. Başqa sözlə, Azərbaycan regional proseslərin obyektindən subyektinə çevrilib və bu dəyişiklik Prezident İlham Əliyevin xarici siyasət kursunun çox böyük və mühüm nəticəsidir. 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətnini parafladılar, eyni zamanda ATƏT-in Minsk qrupu və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciət təqdim etdilər. Bu addım xüsusi siyasi əhəmiyyət daşıyır, çünki Minsk prosesi artıq yeni reallığa cavab vermirdi və onun saxlanılması keçmiş münaqişə gündəliyinin süni şəkildə davam etdirilməsi riskini yaradırdı. Buna görə də bu mexanizmin bağlanması Qarabağ münaqişəsi ətrafında formalaşdırılmış köhnə siyasi gündəliyin hüquqi-institusional baxımdan da başa çatdırılması deməkdir".
Azərbaycanın tranzit imkanları genişlənir
Onun sözlərinə görə, Azərbaycan üçün sülhün əsas dəyəri yalnız müharibənin olmaması deyil, həm də suverenliyin, ərazi bütövlüyünün və siyasi müstəqilliyin möhkəmləndirilməsidir:

"Vaşinqton prosesinin yaratdığı imkanlar Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiya və demarkasiyası, regionda hərbi qarşıdurma risklərinin azalması, yeni qonşuluq modelinin formalaşması və kommunikasiya xətlərinin açılması kimi strateji istiqamətləri əhatə edir. Bu isə Azərbaycanın tranzit imkanlarını genişləndirir, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində rolunu gücləndirir və ölkənin geoiqtisadi əhəmiyyətini artırır. Vaşinqton prosesinin mühüm istiqamətlərindən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunmasıdır ki, bu məsələ həm milli, həm də regional maraqların kəsişdiyi strateji xətt kimi çıxış edir. Bu bağlantı Orta Dəhlizin inkişafı, türk dünyası arasında quru əlaqələrinin gücləndirilməsi və Avropa ilə Asiya arasında yeni logistika imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ Administrasiyasının da bu prosesi ticarət, tranzit, enerji və infrastruktur sahələrində yeni imkanlar yaradan tarixi addım kimi qiymətləndirməsi regionun geoiqtisadi əhəmiyyətini daha da artırır. Vaşinqton görüşü həm də Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin nəticələrini nümayiş etdirdi. Çünki ABŞ-nin sülh prosesinə yüksək səviyyədə cəlb olunması Cənubi Qafqazın qlobal güclərin maraqlarının kəsişdiyi strateji məkan olduğunu bir daha təsdiqlədi. Azərbaycan isə bu rəqabət mühitində öz milli maraqlarını qorumaqla yanaşı, müxtəlif güc mərkəzləri ilə əməkdaşlığı inkişaf etdirmək imkanlarını genişləndirdi. 2026-cı ildə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda da Vaşinqton sammitindən sonra ikitərəfli münasibətlərin dərinləşdiyi xüsusi olaraq vurğulanır".
Əsas məqsəd tarixi nəticələri davamlı və hüquqi sülhə çevirməkdir
Parlamentari əlavə edib ki, Vaşinqton görüşünün birinci ildönümündə əsas məsələ əldə edilmiş siyasi nəticələrin davamlı və hüquqi baxımdan möhkəm sülhə çevrilməsidir. Çünki paraflanmış sənəd tarixi addım olsa da, sülh sazişinin tam qüvvəyə minməsi üçün imzalanma və ratifikasiya mərhələləri tamamlanmalıdır:

"Vaşinqton Bəyannaməsində də bu istiqamətdə proseslərin davam etdirilməsi zərurəti qeyd olunub. Nəticə etibarilə 8 avqust 2025-ci il təkcə bir diplomatik görüşün tarixi deyil, Cənubi Qafqazda yeni siyasi dövrün başlanğıcıdır. Bu tarix Azərbaycan-Ermənistan münasibətlərində münaqişə mərhələsindən sülh və əməkdaşlıq mərhələsinə keçidi rəsmiləşdirib, bölgənin geosiyasi və geoiqtisadi əhəmiyyətini artırıb və Azərbaycanın formalaşdırdığı yeni regional reallığı təsdiqləyib. Azərbaycan əvvəlcə ərazi bütövlüyünü bərpa edib, sonra bu reallığın beynəlxalq səviyyədə qəbulunu təmin edib və indi onu davamlı sülh modelinə çevirməyə çalışır. Bu baxımdan Cənubi Qafqazda yaranmış yeni status-kvo təsadüfi proses deyil, uzunmüddətli dövlət strategiyasının nəticəsidir və onun əsas siyasi memarı Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasətidir. Vaşinqton görüşü isə həmin strategiyanın mühüm diplomatik təzahürü kimi tarixə düşdü. Bir il sonra artıq yeni reallıq formalaşıb. Qarabağ münaqişəsinin yaratdığı köhnə status-kvo tam aradan qalxıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub, regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturası üçün real siyasi imkanlar yaranıb. İndi əsas vəzifə bu tarixi nəticəni geri dönüşü olmayan sülhə çevirməkdir. Ona görə ki, Azərbaycan üçün sülh zəiflik deyil, əksinə, suverenliyin, təhlükəsizliyin və iqtisadi inkişafın daha güclü təminatıdır. Vaşinqtonun əsas siyasi mesajı da məhz budur: Cənubi Qafqazın gələcəyi artıq keçmiş münaqişənin şərtləri ilə deyil, Azərbaycanın formalaşdırdığı yeni reallıq əsasında müəyyən olunur".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Domeniko Tedesko 4 oyun sonra istefaya göndərildi
Bugün, 16:21 İDMAN
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
Bugün, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
Bugün, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
Bugün, 15:59 GÜNDƏM
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
Bugün, 15:47 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
Bugün, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
Bugün, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
Bugün, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
Bugün, 14:57 DÜNYA
-
“Veysəloğlu” MMC Azərbaycanda ilk dəfə “BRCGS Storage and Distribution” sertifikatını əldə edib (FOTO)
Bugün, 14:44 İQTİSADİYYAT
-
Əhdiman və dostu sərbəst buraxıldı
Bugün, 14:27 KRİMİNAL
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 İDMAN
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
Bugün, 12:25 İQTİSADİYYAT
-
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Mourinyo: "Arda Gülər vazkeçilməz deyil"
Bugün, 12:00 İDMAN
-
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib - MƏTN
Bugün, 11:53 GÜNDƏM
-
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bugün, 11:53 SİYASƏT
-
Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi
Bugün, 11:39 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 11:32 GÜNDƏM
-
Lionel Messi bu matçla milli komanda ilə vidalaşacaq
Bugün, 11:22 İDMAN
-
DAHA BİR QHT SƏDRİNƏ HÖKM OXUNDU
Bugün, 11:17 SİYASƏT
-
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bugün, 11:12 SİYASƏT
-
ETN-dən növbəti əmr: məktəblərdə tədris planları təsdiqlənib
Bugün, 11:06 GÜNDƏM
-
Adil Rzayev baş həkim təyin olundu
Bugün, 11:00 CƏMİYYƏT