Ərdoğanın müavinindən Baxçalının Öcalan və Dəmirtaşla bağlı çağırışına - Reaksiya

Ərdoğanın müavinindən Baxçalının Öcalan və Dəmirtaşla bağlı çağırışına  - Reaksiya

SİYASƏT

Bugün, 00:13

Türkiyədə "Terrorsuz Türkiyə" prososi çərçivəsində PKK üzvlərinin cinayət məsuliyyətindən azad edəcək "Çərçivə qanunu" layihəsinə ilk imza atan MHP lideri Dövlət Baxçalının "Öcalanın (PKK lideri) umuda, Dəmirtaş (keçmiş HDP-nin sabiq həmsədri) evə dönməlidir" çağırışına ölkənin vitse-prezidenti Cevdet Yılmaz münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cevdet Yılmaz PKK lideri Abdullah Öcalanın mövcud "çərçivə qanunu" tənzimləməsindən yararlanma imkanı olmayacağını açıqlayıb.

Onun sözlərinə görə, Öcalandan fərqli olaraq, Səlahəddin Dəmirtaşın qəbul ediləcək qanundan yararlanma şansı var: "Təbii ki, bununla bağlı məhkəmə qərar verəcək. Qayda müəyyən bir şəxslə bağlı ola bilməz. Ümumi bir qayda, hüquqi qayda yaradırsınız və bu qaydaya uyğun olan hər kəs bundan faydalanır".

F.Səfərii

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR