Rusiya Kiyev, Zaporojye və Dnepropetrovskini bombalayıb: ölən və yaralananlar var

Rusiya Kiyev, Zaporojye və Dnepropetrovskini bombalayıb: ölən və yaralananlar var

GÜNDƏM

Bugün, 10:46

Rusiya ordusu Ukraynanın Zaporojye şəhəri və Dnepropetrovsk bölgəsinə ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə mülki şəxslər həlak olub, xeyli yaralılar var.

Zaporojye Regional Hərbi Administrasiyasının rəisi İvan Fedorov bildirib ki, raket və idarə olunan bombalardan istifadə olunduğu hücumda 6 nəfər ölüb, 19 nəfər yaralanıb.

Ukrayna Dövlət Təcili Yardım Xidmətindən isə Dnepropetrovsk bölgəsinə hücumla bağlı məlumat yayıb.

Bildirilib ki, bu bölgəyə hücumda 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qurumdan bildirilib ki, Rusiyanın ötən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raket hücumu nəticəsində Şevçenski rayonundakı uşaq xəstəxanası zərər görüb: "Binada çatlar yaranıb, pəncərələr qırılıb, qaz borusu zədələnib. Ölən və ya xəsarət alan olmayıb".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR