Harri Potter fanatlarının kampaniyası işə yaradı: 580 milyon dollarlıq layihənin istiqaməti dəyişdirildi (FOTO)

Harri Potter fanatlarının kampaniyası işə yaradı: 580 milyon dollarlıq layihənin istiqaməti dəyişdirildi (FOTO)

MƏDƏNİYYƏT

Bugün, 10:24

Birləşmiş Krallıq və İrlandiya arasında planlanan 430 milyon funt sterlinq (təxminən 580 milyon dollar) sualtı elektrik kabelinin marşrutu dəyişdirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Harri Potter fanatlarının apardığı kampaniya olub.

Məlumata əsasən, 125 mil kabel xətti cənub-qərbi Uelsdəki Freshvate Vest çimərliyindən keçməli imiş: "Bu ərazi Harri Potter film adaptasiyasında Dobbinin ölüm səhnəsinin çəkildiyi və fanatların orada xatirə abidəsi yaratdıqları yerdir. Bu səbəbdən fanatlar ayağa qalxaraq xəttin çimərlikdən yan keçməsini tələb edirdi. Nəhayət, kabel çəkilişini həyata keçirən "Etchea Energy" şirkətinin baş direktoru Saymon Ludlam layihənin ilkin planında dəyişiklk olunduğunu və kabel xəttinn etiraz yaradan ərazidən yan keçəcəyini açıqlayıb..."

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR