ABŞ, Azərbaycan və Ermənistan Birgə Bəyanat yayıb - MƏTN
GÜNDƏM
Bugün, 21:52
Amerika Birləşmiş Ştatları (ABŞ), Azərbaycan və Ermənistan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb.
Mia.az Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı Birgə Bəyanatı təqdim edir:
Bir il əvvəl Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birlikdə Ağ Evdə tarixi Sammitə ev sahibliyi edib və Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh üçün Birgə Bəyannamə imzalayıblar. Üç liderin şahidliyində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş" layihəsi paraflanıb. Bu birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm səylərə verilən yüksək qiymətin ifadəsi olaraq, Prezident Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər.
Birgə Bəyannamə ABŞ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, rifahın təmin edilməsi və tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində konkret yol xəritəsi müəyyən edib. Cəsarətli liderlərinin bir araya gəlməsindən ötən bir il ərzində bu ölkələr davamlı uğurların təmin edilməsi üçün təməl işlər görüblər.
Ermənistan və Azərbaycan Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyi qoruyub saxlayıb və hər iki tərəf münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqdadırlar.
Multimodal tranzit marşrutu olacaq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP), infrastrukturun inkişafına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılmasına dair ABŞ-Ermənistan razılaşması da daxil olmaqla, konkret irəliləyişlər sayəsində ideyadan reallığa çevrilməkdədir. Ermənistanda mühəndis-tədqiqat işləri artıq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisində Ermənistanda TRIPP-ə birləşəcək avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb. Üç ölkə həmçinin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını dəstəkləyir.
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutuna (Orta Dəhliz) özəl sektor investisiyalarının cəlb edilməsinə dəstək göstərmək məqsədilə Transxəzər Sahibkarlıq Fonduna 201 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
ABŞ həm Ermənistan, həm də Azərbaycanla yeni ikitərəfli strateji tərəfdaşlıqları müəyyən edən xartiyalar, habelə enerji təhlükəsizliyi, sərhəd infrastrukturu və təhlükəsizliyi, süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar və mühüm mineral ehtiyatlar üzrə anlaşma memorandumları imzalamaqla, əlaqələrini daha da dərinləşdirib. Bunlar hər üç ölkənin uzunmüddətli rifahına yönəlmiş sərmayələr olmaqla, artıq konkret nəticələr verib.
Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin ruhuna uyğun olaraq, Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bir il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təqribən 60,000 ton yük daşınıb. Azərbaycan həmçinin Ermənistanı 20,000 ton neft məhsulu ilə tədarük edib. İki ölkə ikitərəfli ticarətin həcminin artırılması istiqamətində fəaliyyətlərini davam etdirir.
İki ölkənin telekommunikasiya operatorları regional bağlantı marşrutlarının şaxələndirilməsi, Cənubi Qafqazda etibarlılıq və dayanıqlılığın artırılması və Avrasiya telekommunikasiya şəbəkələrində infrastrukturun inkişafına dəstək verəcək internet sazişi imzalayıb.
Həll olunmamış münaqişə dövrünün başa çatdığının təsdiqi olaraq, ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlar Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ləğv edilib.
Amerikanın dəvəti ilə Ermənistan və Azərbaycan Sülh Şurasına qoşulub, bununla da daha dinc və firavan dünyanın yaradılması istiqamətindəki səylərdə ABŞ ilə çiyin-çiyinə olduqlarını nümayiş etdiriblər.
Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan Ermənistanın və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına sarsılmaz dəstəklərini bir daha təsdiq edirlər. Hər üç dövlət 8 Avqust Birgə Bəyannaməsinin mətninə və ruhuna uyğun olaraq, onun tam şəkildə həyata keçirilməsinə, habelə regionun fövqəladə iqtisadi potensialının üzə çıxarılmasına sadiq qalır. Bundan əlavə, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış ikitərəfli xartiyaların və anlaşma memorandumlarının tam şəkildə həyata keçirilməsinə və hər iki ölkə ilə ikitərəfli münasibətlərinin gücləndirilməsinə sadiqdir.
Həqiqi sülh bir gündə əldə edilmir, bununla belə, Prezident Trampın ifadə etdiyi kimi – verilən vədlər yerinə yetirilir. Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunə təşkil edir və bu baxımdan biz regionun parlaq və firavan gələcəyini səbirsizliklə gözləyirik.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ, Azərbaycan və Ermənistan Birgə Bəyanat yayıb - MƏTN
Bugün, 21:52 GÜNDƏM
-
Kolumbiyada güclü zəlzələ oldu: 100-dən çox ölən var, xeyli insan dağıntılar altındaa qalıb - FOTOLAR (Yenilənib)
Bugün, 21:02 DÜNYA
-
Dövlət Baxçalı Özgür Özələ belə sual verdi: "Bir gecədə 91 deputata necə yüksəldiniz?"
Bugün, 19:56 SİYASƏT
-
DTX beynəlxalq kibercinayətkar şəbəkələrin qanunsuz əməlləri barədə məlumat yaydı: ""WhatsApp" tətbiqi vasitəsilə guya "təcili" xarakterli..."
Bugün, 18:57 GÜNDƏM
-
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişib
Bugün, 17:49 CƏMİYYƏT
-
MİQ müsabiqəsi: ümumi vakansiya seçimi mərhələsi başlayır
Bugün, 17:49 CƏMİYYƏT
-
Qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsi... - Kimlər saxlanıldı?
Bugün, 17:32 KRİMİNAL
-
İlham Əliyevin Trampla telefon danışığı barədə sensasion iddia yayıldı: "İranın təslim olacağını düşünmək real deyil və..."
Bugün, 17:17 GÜNDƏM
-
Türkiyədə azərbaycanlının şübhəli ölümü: bacısı bir həftə meyitlə eyni evdə qalıb - Pis qoxudan sonra qonşular hərəkətləndi və... + FOTOLAR
Bugün, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Biz sülhün qarşısını almayacağıq" - Özgür Özəl
Bugün, 16:35 DÜNYA
-
Lerik-Lənkəran sərhədində zəlzələ olub
Bugün, 16:27 GÜNDƏM
-
Lalə Şövkətin oğlu: "Lalə xanım nisbətən yaxşıdır, hazırda müalicə olunur"
Bugün, 16:21 SİYASƏT
-
Qaradağda iki qadın dənizdə boğulub
Bugün, 16:10 CƏMİYYƏT
-
Kəramət Böyükçölün yeni obyektləri: nazirlik 3-nün istismarına icazə verdi - "Ölkədə çobanların işi yaxşı gedir"
Bugün, 16:00 CƏMİYYƏT
-
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqısı qalxıb - Son 6 ayda
Bugün, 16:00 İQTİSADİYYAT
-
"Qalatasaray" haqqında xəbər yayan jurnalist saxlanldı
Bugün, 15:46 PRESS
-
Deputat: "Fazil Mustafanın Şah İsmayılla bağlı fikirlərində təhqir xarakterli məqam yoxdur"
Bugün, 15:25 SİYASƏT
-
İran boğazın açılmasının ABŞ-dan asılı olduğunu deyir: "Əgər bizə qarşı blokadanı davam edərsə..."
Bugün, 15:10 DÜNYA
-
Ceki Çan Bakıda film çəkilişində: “Azərbaycanda işləmək məni xüsusilə həyəcanlandırır” - FOTOLAR
Bugün, 15:02 MƏDƏNİYYƏT
-
18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Bugün, 14:41 İQTİSADİYYAT
-
Mədəniyyət naziri Laçında vətəndaşları qəbul edəcək
Bugün, 14:24 MƏDƏNİYYƏT
-
Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı 1500 manat azaldıldı
Bugün, 14:09 GÜNDƏM
-
PREZİDENT BU SƏFİRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar + FOTOLAR
Bugün, 13:48 GÜNDƏM
-
Premyer Liqa: 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb
Bugün, 13:36 İDMAN
-
Prezident DTX, XRİTDX və Mərkəzi Bankın qarşısına əlavə öhdəlik qoydu - Yeni qanun
Bugün, 13:25 GÜNDƏM
-
Vəzifəli şəxsin adından saxta "Telegram" kanalı yaradılıb
Bugün, 13:07 PRESS
-
Azərbaycan nefti bahalaşıb
Bugün, 12:58 İQTİSADİYYAT
-
Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunub (Yenilıənib)
Bugün, 12:47 MƏDƏNİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:23 CƏMİYYƏT
-
Hindistanda daşqın: 100-dən çox ölən var
Bugün, 12:04 DÜNYA
-
Şimali Koreya Rusiyaya 50 min hərbçi və 120 ballistik raket yerləşdirir - Zelenskidən açıqlama
Bugün, 11:54 GÜNDƏM
-
Nazir müavini: "Çingiz Əlioğlu yarım əsrdən çox Azərbaycan ədəbiyyatına xidmət edib"
Bugün, 11:39 MƏDƏNİYYƏT
-
Yazıçı Anar: "Onunla möhkəm dostluğumuz olub..."
Bugün, 11:33 MƏDƏNİYYƏT