Deputatla AMEA əməkdaşı arasında qalmaqal - “Dili kəsilməlidir” dedi, “Savadsız” deyəndə, məndən inciyirlər" cavabını aldı

Deputatla AMEA əməkdaşı arasında qalmaqal - “Dili kəsilməlidir” dedi, “Savadsız” deyəndə, məndən inciyirlər\" cavabını aldı

SİYASƏT

Bugün, 09:42

Azərbaycan Milli Elmlər Akademiyası Tarix və etnologiya institutunda təhsil şöbəsinin müdiri Gülşən Məmmədoğlu Şah İsmayıl Xətai ilə bağlı müzakirələrə münasibət bildirib.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, o, bu barədə AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadədən sitat gətirib:  “Rəsulzadə Sahib-Qıran Şah İsmayıl Bahadur Xan Əs-Səfəvinin türkləri necə konsilidasiya etməsi haqqında yazır: “Bu sülalə zamanında Azərbaycan ilə Şərqi Qafqaziya daha çox türkləşmişdir. Səfəvi şahları İran ilə Anadolunun müxtəlif nöqtələrinə atılmış türk qəbilələrini mərkəzi hökümətləri olan Azərbaycan ilə Aran səmtlərinə cəlb edib birləşdirirdilər ki, Ərdəbil əhalisi ilə Muğanda məskun Şahsevən qəbilələri bu sürətlə vücuda gəlmişdirlər. XV əsrdə zühur edən Səfəvi sülaləsinin istinad etdiyi şeyxlər, Azərbaycan və Şərqi Qafqaziya türkləri arasında böyük nüfuz və təşkilata malik olan Oğuz dədələrindən ibarət idi”.

 Fazil bəy (Deputat Fazil Mustafanı nəzərdə tutur-red) oxuyub görəsən, axı o, Rəsulzadəni və Cümhuriyyəti çox sevir... Və hər şeydən əvvəl Şah İsmayıl - Səfəvilər demək, Azərbaycan türkünün dövləti və  dövlətçiliyi deməkdir. Kim dil uzadarsa, əlbəttə ki, dili kəsilər və kəsilməlidir...”.

 F.Mustafa da G.Məmmədoğluna Feysbuk səhifəsində sərt reaksiya verib: ““Savadsız” deyəndə, məndən inciyirlər. Rəsulzadənin bölgənin türkləşməsi ilə bağlı mülahizələrini yazıb və sonra da mənə xitabən qeyd edib ki, Səfəvilər barədə söz deyənin dili kəsilməlidir və kəsilər də. Elm müəssisəsində işləyən həm də təhsil işinə baxan bir adamın özbaşınalıq rezümesinə bax e... Ona görə deyirəm ki, hər hansı bir tarixi dövr, hər hansı bir din, yaxud ideologiya bir insanı vəhşiləşdirirsə, orada dəyər axtarmayın. Əlində bıçaq ortalıqda dolaşır. AMEA-da bu qadından özlərini gözləsələr, faydalı olardı”.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR