Lalə Şövkətin oğlu: "Lalə xanım nisbətən yaxşıdır, hazırda müalicə olunur"

Lalə Şövkətin oğlu: \"Lalə xanım nisbətən yaxşıdır, hazırda müalicə olunur\"

SİYASƏT

10.08.2026, 16:21

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb.

Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib.

 O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib: "Lalə xanım nisbətən yaxşıdır. Hazırda bağdayıq, müalicə olunur. Həkimlərin tövsiyələrinə əməl edirik".

 Qeyd edək ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində problemlər yaranıb. Həmin il həkimlər onun yoğun bağırsağında şiş aşkarlayıblar. Lalə Şövkət 2020-ci ilin avqustunda əməliyyat olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR