Tramp "İran iqtisadi cəhətdən çox pis vəziyyətdədir" deyir: "Bu, şahmat oyunu kimidir"

Tramp \"İran iqtisadi cəhətdən çox pis vəziyyətdədir\" deyir: \"Bu, şahmat oyunu kimidir\"

GÜNDƏM

Bugün, 01:03

"İranla danışıqlar prosesinə əvvəlkitək yüksək səslə deyil, indi daha sakit və soyuq başla yanaşırıq".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bunu ABŞ lideri Donald Tramp "Axios"a telefonla müsahibəsində deyib.

ABŞ prezidenti qeyd edib ki, proses çox sakit şəkildə irəliləyir: "Biz indi bunu sakitcə edirik. Biz sadəcə İranı, onun yüksək inflyasiyasını və pul çatışmazlığını diqqətlə izləyirik. İran iqtisadi cəhətdən çox pis vəziyyətdədir. Hətta hərbçilərinin maaşlarını ödəmək üçün pulları tükənib. Bizim dəniz blokadamız da İran rejiminin iqtisadi böhranını daha da dərinləşdirib. Bir sözlə, işlər yoluna düşəcək. Əslində, belə böhranlı durumlarda  həmişə belədir. Bu, şahmat oyunu kimidir".

Tramp daha sonra sursat ehtiyatlarının azalmasını etiraf edib: "Bəli, İrana hücumları ötən həftəyə qədər davam etdirmək niyyətindəydim. Ancaq Amerika ordusundan  raket ehtiyatlarının əhəmiyyətli dərəcədə tükəndiyi barədə məlumat aldım deyə bu qərardan imtina etdim..."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR