YAXIN ŞƏRQDƏ İKİNCİ BÖYÜK SAVAŞ QAPIDA: Səudiyyə Ərəbistanının hərbi bazaları vuruldu, 30 hərbçi həlak olub, yüzlərlə yaralı var
GÜNDƏM
Bugün, 11:35
ABŞ-İran müharibəsi bitməmiş Yaxın Şərq daha bir böyük müharibə təhlükəsiylə üz-üzədir.
Mia.az xarici mətbuata istinadla bildirir ki, ötən gecə iranın dəstəklədiyi Husi silahlıları Yəmənin qanuni hökumətinə məxsus hərbi düşərgələri və Səudiyyə Ərəbistanının hərbi bazalarına ballistik raketlər və dronlarla çoxlu sayda ağır zərbələr endiriblər.
İlkin məlumata əsasən, hücumlar nəticəsində azı 30 hərbçi həlak olub, Səudiyyə Ərəbistanı ilə birlikdə döyüşən yüzlərlə hərbçi isə yaralanıb.
Bu barədə bəyanat yayan qruplaşma bildirib ki, Səudiyyə Ərəbistanının Er-Ruveik, El-Aber və Es-Saniyye bölgələrindəki hərbi bazaları böyük ölçüdə məhv edilib.
Husi qruplaşmasının sözçüsü Yəhya Sarinin sözlərinə görə, bu hücum Səudiyyə Ərəbistanının bölgədəki hərbi hazırlıqlarına cavab olaraq həyata keçirilib: "Ər-Riyad administrasiyası Yəmənə - bizə qarşı hərbi hazırlıq mərhələsindədydi. Səudiyyə düşməninin təxminən 12 ildir Yəmən xalqına qarşı mühasirəsini və hücumlarını davam etdirir. Silahlı qüvvələrimiz Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı genişmiqyaslı hərbi hazırlıqlar apardığını və bunların son mərhələsinə çatdığını müəyyən etdikdən sonra isə qabaqlayıcı zərbə ilə düşmənə sarsıdıcı zərbə vurub. Ordumuz Ər-Ruveyk, Əl-Əbər və Əs-Saniyyə bölgələrində, eləcə də 1-ci və 3-cü Təcili Yardım Diviziyalarına məxsus digər düşərgələrdə Səudiyyə Ərəbistanının hərbi bazalarını genişmiqyaslı və yüksək səviyyəli hərbi əməliyyat həyata keçirib. Əməliyyatda çoxsaylı ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) iştirak edib. Nəticədə Səudiyyə Ərəbistanı ilə birlikdə döyüşən yüzlərlə hərbçi ölüb və ya yaralanıb. Həmçinin, ölkənin şərqindəki əl-Vadiə bölgəsində Səudiyyə qüvvələrinə məxsus çoxsaylı düşərgələr, hərbi bazalar, anbarlar və silahlar məhv edilib. Hədəf düşərgələrdə yerləşən bir çox hərbi nəqliyyat vasitəsi də məhv edilib. Səudiyyə Ərəbistanına xəbərdarlıq edirik ki, Yəmənə qarşı macəraçı hərəkətlərdən əl çəksinlər. Əks halda regionda baş verəəcklərə görə məsuliyyət Ər-Riyad administrasiyasının üzərində qalacaq".
Bəyanatda daha sonra qruplaşma Səudiyyə və Yəmənin qanuni hökumətinə bağlı bazalara yaxın olan əhalidən və qarşıı tərəfi sıralarında onlara qarşı döyüşən yəmənlilərdən həmin əraziləri tərk etməyi istəyib: "Əlavə hücumlarımız gözlənilir. Xalqımız arasında aldadılanlara Səudiyyə Ərəbistanının düşmən düşərgələrini tərk etməyi və çox gec olmadan evlərinə qayıtmağı tövsiyə edirik".
hücuma Səudiyyədən hələlik rəsmi münasibət bildirilməsə də, Yəmənin qananu hökuməti ağır hücumla üzləşdiklərini etiraf edib. Məlumatda 30 səudiyyəli hərbçisinin də həlak olması təsdiqlənib.
Tahir
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Joze Mourinyo Arda güləri əsas heyətdə deşünmür?
Bugün, 14:05 İDMAN
-
Tovuz sakini 66 yaşlı bibisini fermada güllələyib
Bugün, 13:39 KRİMİNAL
-
Prezident İlham Əliyev daha bir Fərman imzalayıb
Bugün, 13:25 GÜNDƏM
-
Təşkilat Komitəsi yaradıldı - Prezident onlara vəzifə verdi (SƏRƏNCAM + SİYAHI)
Bugün, 13:11 GÜNDƏM
-
Abel Məhərrəmovun oğlu, Zeynal Nağdəliyevin oğlu... - Prezident bu diplomatlarla bağlı sərəncam imzaladı (YENİLƏNİB)
Bugün, 13:03 GÜNDƏM
-
Yarıçılpaq görüntüləri ilə tanınan müğənni ayda bu qədər qazanır - FOTOLAR
Bugün, 13:03 ŞOU-BİZNES
-
Media və Yayım Şurası yaradıdı - Prezident strukturu təsdiqlədi + DETALLAR
Bugün, 12:57 PRESS
-
Deputatın qızı və kürəkəni saxlanıldı - Türkiyədə
Bugün, 12:54 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:45 CƏMİYYƏT
-
Dövlət Agentliyində mətbuat katibi təynatı oldu
Bugün, 12:31 PRESS
-
TÜRKİYƏ SİYASƏTİNDƏ GÜC BALANSI: iki partiya "qan itirib", Ərdoğan lider, Özgür Özəl isə partiya olaraq önə çıxır (SORĞU)
Bugün, 12:12 SİYASƏT
-
Bakıda ekspertin meyiti mənzildən tapılıb
Bugün, 12:00 CƏMİYYƏT
-
Bakıda bina yanır
Bugün, 11:55 GÜNDƏM
-
"ADY-nin saytında, ümumiyyətlə, Ağdam adı çıxmır, ancaq..." - "Bu ayrıseçkiliyin səbəbini izah etsələr, biz də öz yerimizi bilərdik"
Bugün, 11:44 CƏMİYYƏT
-
YAXIN ŞƏRQDƏ İKİNCİ BÖYÜK SAVAŞ QAPIDA: Səudiyyə Ərəbistanının hərbi bazaları vuruldu, 30 hərbçi həlak olub, yüzlərlə yaralı var
Bugün, 11:35 GÜNDƏM
-
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanılıb
Bugün, 11:19 KRİMİNAL
-
Tərtərdə şok cinayət: ər-arvadı öldürüb evə od vurublar- Prokurorluq açıqlama yaydı (Yenilənib)
Bugün, 11:14 KRİMİNAL
-
İsrailli nazir: "Makron bizi kürəyimizdən bıçaqladı, yetmədi, daha sonra..."
Bugün, 11:11 DÜNYA
-
ÜÇ ÖLKƏ BİRGƏ MÜDAFİƏ İTTİFAQI QURUR - Ərdoğan Səudiyyə Ərəbistanına getdi, Şərif və Vəliəhdlə birgə yeni sənəd imzalanacaq
Bugün, 11:08 GÜNDƏM
-
Kartdan-karta köçürmə: qayda yenidən dəyişdi, yoxsa...? - VİDEO
Bugün, 11:04 İQTİSADİYYAT
-
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat edib
Bugün, 10:56 CƏMİYYƏT
-
AXCP-nin təşkilat sədri azadlığa buraxıldı - AÇIQLAMA
Bugün, 10:48 SİYASƏT
-
"Bu beyinlə idarəçilik olmamalıdır" - Partiya sədri ADY rəhbərliyinin yarıtmaz idarəçiliyini "yıxıb-sürüdü"
Bugün, 10:36 SİYASƏT
-
Kolleclərə ixtisas seçimi nə vaxt bitəcək? - DİM açıqladı
Bugün, 10:15 GÜNDƏM
-
Beyləqanda 21 yaşlı gənc kanalda boğulub
Bugün, 10:13 CƏMİYYƏT
-
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Bugün, 10:01 İQTİSADİYYAT
-
Serdar Dursun "Kocaelispor"dan ayrılıb
Bugün, 09:41 İDMAN
-
Dieqo Forlan Uruqvayın baş məşqçisi təyin olunub
Bugün, 09:28 İDMAN
-
"Real Madrid" Yan Diomandeni açıqladı - 7 illik müqavilə imzalandı
Bugün, 09:12 İDMAN
-
İran ABŞ-ın Hörmüz Boğazı ətrafındakı hədəflərinə zərbə endirib - "Ölkəmizə genişmiqyaslı hücum gözlənilir"
Bugün, 00:45 GÜNDƏM
-
HƏMAS-dan 8 ölkəyə müraciət: "İsrailin atəşkəsi pozmasının qarşısı alınmalıdır"
Bugün, 00:24 DÜNYA
-
Tramp Senata ön seçkidə qalib gələn müsəlman siyasətçini təhqir etdi: "Onu görəndə elə bil..."
Bugün, 00:19 SİYASƏT
-
Avroliqa: "Beşiktaş" 10 nəfərlə qalib gəldi
Bugün, 00:04 İDMAN
-
Həbs edilən bələdiyyə sədri buraxıldı - 14 ay sonra...
Bugün, 00:02 DÜNYA