"Milləti gic yerinə qoymaq nədir, necə olur?"  - ADY eyni xəbəri bir ay 14 gün fərqlə "xoş xəbər" adıyla niyə yayıb?

\"Milləti gic yerinə qoymaq nədir, necə olur?\"  - ADY eyni xəbəri bir ay 14 gün fərqlə \"xoş xəbər\" adıyla niyə yayıb?

PRESS

Bugün, 18:04

Bakı-Tbilisi-Bakı qatarına bilet satışını "üz-gözü"nə bulaşdırasn Azərbaycan Dəmir Yolu QSC (ADY) rəhbərliyi bu dəfə də xalqı köhnə xəbərləri yeni kmi təqdim etməklə "dolamağa" başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Sahilə Babayeva adlı sosial media istifadəçisi "Feysbuk-da yazıb.

O, ADY-nin mətbuat xidmətinin iyulun 24-də mətbuatda yaydığı eyni press-relizi bu gün yenidən, özü də yeni məumat kimi yaymasının screenshotlarını paylaşıb və bu anormal "təbliğat"a maraqlı şərh verib:

"Milləti gic yerinə qoymaq nədir, necə olur? 1-ci screen iyunun 24-dəndir. Azərbaycan Dəmir Yolu QSC  bilet satışlarının 90 günə çatdırılacağı barədə məlumat yayıb.

2-ci screen də bu gündəndir (FOTOFAKTLAR YAZININ SONUNDA VERİLİB -MİA.AZ) 1 ay 2 həftə sonra - bu gün təzədən şad xəbər vermək qərarına gəliblər ki, 90 günə çatdıracaqlar satışları. Bu gedişlə 2 ay sonra da eyni xəbəri yenə şad xəbər kimi görəcəyik deyə qorxuram. Bir işi görməyə bacarığınız çatmırsa, səriştəsizsinizsə, heç olmasa, insanları axmaq yerinə qoyub bunu ictimailəşdirməyin, abrınıza qısılıb susun. Daha urvatlı olarsınız.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR