Altay Bayındır İspaniya liqasına transfer olunur

Altay Bayındır İspaniya liqasına transfer olunur

İDMAN

Bugün, 09:09

La Liqa təmsilçisi "Selta Viqo" Altay Bayındırı bir illik icarəyə götürmək üçün "Mançester Yunayted"lə razılığa gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Klublar arasındakı razılaşmaya əsasən, "Selta Viqo" istəsə, mövsümün sonunda Altay Bayındırı 4 milyon avroya ala bilər.

Altay Bayındır 1 sentyabr 2023-cü ildə "Fənərbaxça"dan "Mançester Yunayted"ə 5 milyon avroya transfer olub.

İngiltərə komandasında keçirdiyi üç mövsüm ərzində 17 oyunda iştirak edib. O, bu matçlarda 31 qol buraxıb və 3 oyunda qapısını toxunulmaz saxlayıb. Ötən mövsüm La Liqada 6-cı yeri tutan "Selta Viqo" İspaniyanı Avropa Liqasında təmsil edəcək.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR