İordaniyada Qüdslə bağlı sammit - 14 ölkə birgə bəyanat yaydı

İordaniyada Qüdslə bağlı sammit - 14 ölkə birgə bəyanat yaydı

DÜNYA

Bugün, 17:27

İordaniyada bu gün Qüdslə bağlı müsəlman ölkələrinin rəsmilərinin iştirakı ilə sammit keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sammitdə İsrailin Qqds və oradkı Əl-Əqsa Məscidini özününküləşdirməyə çalışması qətiyyətlə pislənilib.

Bildirilib ki, İsrailin Qüdsün ərəb, müsəlman və xristian kimliyini dəyişdirməyə yönəlmiş siyasəti qəbulolunmazdır.

Sammitin sonunda 14 ölkə Qüdslə bağlı birgə bəyanat yayıb. Bəyanatda İsraildən Qüdslə bağlı qanunsuz addımlardan çəkinməsi tələb olunub. Eyni zamanda, Əl-Əqsa məscidindəki İsrailin addımları pislənilib, məscidin tarixi və hüquqi statusunu dəyişdirmək cəhdlərinin yolverilməz olması təkrarlanıb.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR