XİN: "Minalardan azad gələcək dayanıqlı sülhün təmin olunmasının əsas şərtidir" 

XİN: \"Minalardan azad gələcək dayanıqlı sülhün təmin olunmasının əsas şərtidir\" 

SİYASƏT

Bugün, 15:40

2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi nəticəsində 433 nəfər zərərçəkən olub.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, növbəti mina partlayışı nəticəsində Azərbaycanın iki vətəndaşı ağır yaralanıb: "Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır. Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR