"TGRT Haber"dən ayrılan aparıcı saxlanıldı - İki maddə ilə

\"TGRT Haber\"dən ayrılan aparıcı saxlanıldı - İki maddə ilə

PRESS

Bugün, 00:05

Bu yaxınlarda 10 il çalışdığı "Türkiye" qəzetindən və aparıcısı olduğu "TGRT Haber"dən ayrılan jurnalist Cem Küçük saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tutulub.

Jurnalist Cem Küçüyə "açıq şəkildə cəmiyyəti yanıldan yanlış məlumat yaymaq" və "şantaj" ittihamları irəli sürülüb.

O, İstanbul Vilayət Jandarma Komandanlığının Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıq (KOM) Şöbəsinin əməkdaşları tərəfindən əməliyyatla qandallanıb.

Jurnalistin konkter hansı məlumatla cəmiyyəti yanıltması və kimi şantaj etməsinin təfərrüatı açıqlanmayıb.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR