Media sahəsi poliqondur ki... - Daha bir qurum jurnalistlərə təlim adıyla 87 min ayırdı

Media sahəsi poliqondur ki... - Daha bir qurum jurnalistlərə təlim adıyla 87 min ayırdı

PRESS

Bugün, 10:09

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Dövlət Agentliyi tərəfindən media nümayəndələri üçün təlimlərin təşkili ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.

Qeyd edək ki, Dövlət Agentliyi tenderin qalibi olan şirkətə 86 min 966 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR