Vilayət Eyvazov gənclərin növbəti sıra baxışını keçirdi, 167 nəfər növbəti tura buraxıldı - VİDEO

Vilayət Eyvazov  gənclərin növbəti sıra baxışını keçirdi, 167 nəfər növbəti tura buraxıldı - VİDEO

CƏMİYYƏT

Bugün, 10:48

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıda keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 167 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR