"O torpaqlar həmin ölkələrə keçəcək" - Putin Rusiya ordusuna yeni əmr verdi: "Onları da vurun!"

\"O torpaqlar həmin ölkələrə keçəcək\" - Putin Rusiya ordusuna yeni əmr verdi: \"Onları da vurun!\"

GÜNDƏM

Bugün, 09:01

Rusiya Prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələrinə dünyanın diqqətini çəkən əmr verib.

Mia.az Rusiya mediasına istinadla bildirir ki, o,  Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Sankt-Peterburqda hərbi rəsmilərlə görüşdə Qara dəniz daxil istənilən bölgədə Rusiya gəmilərini ələ keçirməyə istənilən cəhdə çox operativ şəkildə sərt cavab verməyi əmr edib.

Putin bildirib ki, Rusiya Kalininqrad bölgəsinə qarşı təhdidlərə bütün imkanları ilə tezliklə çox ağır cavab verəcək: "Görüş zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Moiseyev və donanma komandirləri Putinə əməliyyat vəziyyəti və yerinə yetirilən vəzifələr barədə məlumat veriblər. Çıxışında Putin Rusiya gəmilərini ələ keçirmək cəhdlərinə cavab verməyi əmr edib. O bildirib ki, bəzi ölkələr ticarət donanması da daxil olmaqla bizim hərbi donanmamıza güc göstərməyə çalışırlar. Belə hallarda  beynəlxalq dəniz hüququ çərçivəsində qətiyyətlə mübarizə aparılmalıdır. Ümid edirəm ki, kimsə bizim gəmilərə qarşı belə niyyətə düşməyəcək. Yoxsa çox ağır cavabla qarşılaşacaqlar.

Yeri gəlmişkən, Rusiyanın Kalininqrad bölgəsinə qarşı təhdidlərə cavab verəcək. Hər kəs bilsin ki, Kalininqrad bölgəsinin təhlükəsizliyi Rusiyanın sərəncamında olan bütün vasitələrlə təmin olunacaq".

Ukraynadakı münaqişəyə toxunan Putin deyib ki, dəniz qoşunları bu savaşda əla irəliləyir və bu il Ukraynada 20-dən çox yaşayış məntəqəsini azad ediblər: "Donanmamız nüvə triadasında böyük əhəmiyyət kəsb edir."

Ukraynanın qərb ərazilərinin keçmiş Sovet lideri İosif Stalin tərəfindən Ukraynaya hədiyyə edildiyini qeyd edən Putin bildirib ki, Ukrayna bu əraziləri gec-tez itirəcək: "Onların qərb əraziləri Polşa, Macarıstan və Rumıniyaya məxsus idi. Tarixən hər şey bu gün, sabah və ya bir neçə ildən sonra öz yerini tapacaq. O torpaqlar həmin ölkələrə keçəcək. Rusiya əvvəllər Ukraynanın ərazi bütövlüyünün yeganə qarantı idi, lakin Kiyev Rusiyanı düşmən hesab etməyi seçdi. Bununla o təminatı itirdilər".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR