VƏKİLDƏN SENSASİON İDDİALAR: "Rüstəmov getdi, Musayev isə..." - “Turanbank”da geniş yoxlamalar aparılmalıdır"

VƏKİLDƏN SENSASİON İDDİALAR: \"Rüstəmov getdi, Musayev isə...\" - “Turanbank”da geniş yoxlamalar aparılmalıdır\"

İQTİSADİYYAT

Bugün, 12:30

"Aqrarkredit” QSC-də 100 milyon manatdan artıq kredit vəsaitinin mənimsənilməsi iddiası ilə bağlı keçirilən əməliyyatla bağlı yayılan sensasion məlumat ciddi müzakirələrə səbəb olub.

Mia.az xəbər verir ki, bu sözləri vəkil Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.
O,  uzun illər “Aqrarkredit”ə rəhbərlik etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin fəaliyyəti ilə bağlı cinayət işi açılması, qardaşı oğlu və müavininin 100 milyon manatlıq yeyinti itttihamı ilə saxlanılması faktına toxunaraq bildirib ki, illərdir Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun dostu olan bu adamın mənfi fəaliyyəti haqda yazır:
"Bank sistemimizin ağası elə bu iki nəfər idi. Rüstəmov 4 il əvvəl getdi, amma “Bank Məmməd” daha dayanıqlı idi. Məmməd Musayev təkcə dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatının rəhbəri və Sahibkarlar Konfederasiyasının prezidenti olmayıb, həm də “Turanbank”ın faktiki sahibi kimi tanınıb. Bir ildən artıqdır hüquqlarını müdafiə etdiyi şəxsin “Turanbank”dakı əmanətini geri ala bilmirlər. Bank deyir ki, guya əmanəti qaytarıb, amma heç bir təsdiqedici sənədi yoxdur. Belə də bank olar?”.
İqtisadçı hesab edir ki, “Turanbank”da da geniş yoxlamalar aparılmalıdır.
 “Təklif edirəm ki, bu bankda da yoxlamalar aparılsın. Ekspert kimi pulsuz dəstək olmağa hazıram. Əmanəti qaytardığını sübut edə bilməyən bankda yəqin ki, bundan da böyük pozuntular var. “Aqrarkredit”lə də münasibətləri təftiş etmək lazımdır”, – deyə Ə.Həsənov vurğulayıb.
Qeyd edək ki, dünən mediada “Aqrarkredit” QSC-də dövlət vəsaitlərinin mənimsənilməsi iddiası ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat barədə məlumat yayılıb. Bildirilib ki, kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə “Aqrarkredit”dən 100 milyon manatdan artıq kredit götürərək təyinatı üzrə istifadə etməməkdə təqsirləndirilən bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Məlumatda uzun illər “Aqrarkredit”ə rəhbərlik etmiş Məmməd Musayev barəsində də cinayət təqibi aparıldığı qeyd olunub.
Əkrəm Həsənovun bugünkü açıqlaması da həmin məlumatların fonunda səsləndirilib. İndiyədək Məmməd Musayev, eləcə də adları çəkilən digər şəxslər və aidiyyəti qurumlar yayılan iddialarla bağlı rəsmi açıqlama verməyiblər/bakipost.az.
Xatırladaq ki, hazırda ölkədə fəaliyyətdə olan banklardan biri - "Bank Respublika"da Mərkəzi bankın keçmiş sədri Elman Rüstəmova məxsusdur. O, hazırda Baş nazir Əli Əsədovun müavinidir.
  MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR