Baxçalı: “Kılıçdaroğlu büdcədən ayrılan pulu Özgür Özəllə bölməlidir”  

Baxçalı: “Kılıçdaroğlu büdcədən ayrılan pulu Özgür Özəllə bölməlidir”  

SİYASƏT

Bugün, 14:55

MHP lideri Dövlət Baxçalı CHP-dən istefa verərək yeni partiya quracağının anonsunu verən Özgür Özəllə bağlı sualları cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, CHP-də yaşananları partiyadaxili məsələ sayıb.

Lakin bildirib ki, CHP-dən xeyli deputatın Özgür Özəlin arxasıycan getmələri büdcədən CHP-yə ayrılan vəsaitə yenidən baxılmasını labüd edir: "2026-cı il büdcəsindən CHP-yə ayrılmış 1 milyard 815 milyon lirənin bir hissəsi indi oradan ayrılan millət vəkillərinin sayına mütənasib olaraq yeni partiyaya ayrılmalıdır.Bu, etik qərar olacaq".

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR