Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

SİYASƏT

Bugün, 14:28

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan dünən xəstəxanaya yerləşdirilib. 

Bu barədə yerli “ArmLur.am” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. 

Nəşrə daxil olan məlumata görə, prezident özünü pis hiss edib, nəticədə o, infarktönü vəziyyətdə “Nairi” tibb mərkəzinə yerləşdirilib.

“Vaaqn Xaçaturyan zəruri müayinələrdən keçib, bundan sonra xəstəxanadan buraxılıb”, - nəşr iddia edib. 

Sözügedən tibb mərkəzinin Mətbuat xidməti isə prezidentin stasionar müalicə almadığını bildirib. Onlar dövlət başçısının tibb mərkəzində planlı tibbi müayinədən keçdiyini və hospitalizasiya olunmadığını açıqlayıblar:

“Bütün zəruri tibbi prosedurlar başa çatdıqdan sonra dövlət başçısı klinikanı tərk edib. Onun vəziyyəti normal olaraq qiymətləndirilir”.

Prezidentin Mətbuat xidmətinin əvvəlcə yerli mətbuata rəsmi açıqlama veriləcəyini vəd etdiyi, sonradan isə zənglərə cavab vermədiyi bildirilir/qafqazinfo.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR