RƏSMİ TEHRANDAN SƏRT XƏBƏRDARLIQ: "GÖZƏ GÖZ, DİŞƏ DİŞ" - “Bizim neft sata bilmədiyimiz bölgədə heç kim sata bilməz”  

RƏSMİ TEHRANDAN SƏRT XƏBƏRDARLIQ: \"GÖZƏ GÖZ, DİŞƏ DİŞ\" - “Bizim neft sata bilmədiyimiz bölgədə heç kim sata bilməz”  

GÜNDƏM

Bugün, 00:37

"İran Hörmüz boğazından heç vaxt imtina etməyəcək. Bu müharibənin tənliyi aydındır: ya hər şey, ya da heç nə. Neft sata bilmədiyimiz bir bölgədə heç kim neft sata bilməyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sərt mesajı İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ın son hücumlarına münasibətdə deyib.

Məhəmməd Bağır Qalibaf bildirib ki, İranın təhlükəsizliyi təmin edilməsə, bölgə də təhlükəsiz olmayacaq: “Qaldı Hörmüz boğazına, ordakı təhlükəsizlik yalnız Amerika qüvvələrinin bölgədən çıxarılması ilə mümkün olacaq. Biz dəfələrlə demişik ki, boğaz müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq".

İranın xarici işlər naziri Abbas Əraqçi isə müharibənin daha da alovlanma ehtimalını yüksək sayıb. O bildirib ki, ABŞ-ın hücumlarına şəriat yaradan ölkə qanuni hədəfləri oacaq: “Müdafiə doktrinamiz aydındır: Gözə göz, dişə diş! İrana qarşı hər hansı bir təcavüz güclü və qətiyyətli cavablanacaq!”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR