RƏSMİ KİYEV BMT TŞ-nin TƏCİLİ İCLASINI TƏLƏB ETDİ – Qara dənizdə yük gəmilərinə hücuma görə

RƏSMİ KİYEV BMT TŞ-nin TƏCİLİ İCLASINI TƏLƏB ETDİ – Qara dənizdə yük gəmilərinə hücuma görə  

GÜNDƏM

Bugün, 00:16

Ukrayna dövləti BMT Təhlükəsizlik Şurasının iyulun 27-i üçün təcili iclasını çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andri Sybiha açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın son zamanlar Qara dənizdə mülki yük gəmilərinə hücumu təkcə Ukraynanın deyil, dünyanın problemidir: “Rusiya ordusu Qara dənizdə mülki gəmilərinə hücuma davam edir. Moskva bununla qlobal ərzaq təhlükəsizliyini girov saxlamağa can atır. Bu məqsədlə son günlər daha üç mülki yük gəmisi vurulub, onlarla heyət üzvü həlak olub və ya yaralanıb. Bu gün məhsul mövsümünün ortasında Ukrayna dəniz dəhlizindən bir dənə də olsun gəmi keçməyib. Bu, qəsdən törədilmiş iqtisadi və humanitar terror aktıdır. Bu terror davam edərsə, Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında milyonlarla ailə artan ərzaq qiymətləri və aclıqla üzləşə bilər. Biz Rusiyanın bu hərəkətinin qarşısını almaq üçün 27 iyulda BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdıq. Heç bir ölkənin dünyanı aclıqdan məhrum etmək hüququ yoxdur. Yalnız qlobal təzyiq Rusiya terrorunu dayandıra bilər".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR