Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək - Bu sahə üzrə
GÜNDƏM
21.07.2026, 11:54
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli Qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib.
Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb olunması məqsədini daşıyır.
Qaydalara əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək.
Mia.az xəbər verir ki, müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iştirak edə biləcəklər. Müraciət edən müəssisələr müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və seçilmiş özəl məktəbəqədər təhsil müəssisələri ilə maliyyələşdirmə müqavilələri bağlanacaq. Dövlət dəstəyi həmin müqavilələr çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuş yerlərə qəbul edilən təhsilalanlara şamil olunacaq. Hər bir təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə aylıq 350 manatadək, digər şəhər və rayonlar üzrə isə aylıq 250 manatadək müəyyən edilib. Təhsil haqqının dövlət tərəfindən qarşılanmayan hissəsi valideyn tərəfindən ödəniləcək.
Müsabiqənin elan olunacağı tarix, müraciət qaydası, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar barədə ictimaiyyətə Elm və Təhsil Nazirliyi tərəfindən əlavə məlumat veriləcək.
Bildirilib ki, son illərdə məktəbəqədər təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində yeni dövlət məktəbəqədər təhsil müəssisələri yaradılıb, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilib, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə alternativ xidmət modelləri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri olan icma əsaslı məktəbəqədər təhsil modeli məktəbəqədər təhsil müəssisələrinin olmadığı və ya əlçatanlığın məhdud olduğu yaşayış məntəqələrində minlərlə uşağın erkən təhsilə cəlb edilməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına mühüm töhfə verib.
Bununla yanaşı, 2024-cü və 2025-ci illərdə Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün keçirilmiş qrant müsabiqələri nəticəsində minlərlə uşağın dövlət dəstəyi hesabına özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alması təmin edilib. Həmin müsabiqələr özəl sektorun məktəbəqədər təhsil xidmətlərinin göstərilməsində iştirakını genişləndirməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın yeni mexanizmlərinin formalaşdırılması baxımından da uğurlu təcrübə yaradıb.
Nazirlər Kabinetinin təsdiq etdiyi yeni maliyyələşmə modelinin dövlət dəstəyinin daha sistemli, şəffaf və davamlı əsaslarla həyata keçirilməsinə, özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından daha səmərəli istifadəyə, valideynlərin seçim imkanlarının genişlənməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına töhfə verəcəyi gözlənilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rəsmi Ankara Husilərin blokada qərarını pisləyib - Bəyanat
Bugün, 18:13 DÜNYA
-
Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
Bugün, 18:00 GÜNDƏM
-
Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verildi
Bugün, 17:57 KRİMİNAL
-
Azərbaycan Biznesinin İnkişafı Fondu ilə bağlı qərar verildi
Bugün, 17:43 İQTİSADİYYAT
-
Avropaya açılan yeni etimad qapısı... - Əli Hüseynli yazır
Bugün, 17:43 SİYASƏT
-
ABŞ və İran bir-birlərinə zərbə endirir - İki ölkə vətəndaşlarına xəbərdalıq edib
Bugün, 17:14 GÜNDƏM
-
Elgün Soltanov Özbəkistanda tutulub
Bugün, 17:07 KRİMİNAL
-
Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTOLAR
Bugün, 17:03 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Məhəmməd Salah, İqor Julio, Co Uillok və Johan Bakayoko… - “Beşiktaş” yeni ulduzları İstanbula gətirir
Bugün, 16:14 İDMAN
-
Diplomlar daha belə veriləcək - Yeni qanun
Bugün, 16:13 CƏMİYYƏT
-
"mygov"da yenilik: vəkil və bank etibarnaməsiin verilməsi asanlaşdı
Bugün, 16:08 CƏMİYYƏT
-
Sedat Pekeri canlı yayımda təhqir edən şəxs evində vuruldu – “Vəziyyəti ağırdır”
Bugün, 15:53 KRİMİNAL
-
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığı üzrə qurumlararası iclas keçirilib
Bugün, 15:44 MƏDƏNİYYƏT
-
İordaniya MN İranın yeni hücumu haqqında bəyanat yaydı
Bugün, 15:43 DÜNYA
-
CHP-də böhran: daha bir bələdiyyə sədri seçimini etdi
Bugün, 15:28 DÜNYA
-
Baş məşqçi Mia.az-ın suallarını cavablandırdı: "Görək, rəqibi necə dayandıra bilərik"
Bugün, 15:24 İDMAN
-
"Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdiriləcək
Bugün, 15:05 GÜNDƏM
-
Özəl, yoxsa Kılıçdaroğlu? - CHP-nin keçmiş sözçüsü qərarını verdi
Bugün, 14:44 DÜNYA
-
Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir
Bugün, 14:36 PRESS
-
MÜƏLLİMLƏR MƏKTƏBLƏRDƏ VAHİD GEYİM GEYİNƏCƏK - Qanun təsdiqləndi
Bugün, 14:32 CƏMİYYƏT
-
Prezident Rauf Arifoğlunu təltif etdi
Bugün, 14:29 PRESS
-
Prezident Mərkəzin Nizamnaməsini təsdiqləyib
Bugün, 14:16 GÜNDƏM
-
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bugün, 14:06 MƏDƏNİYYƏT
-
Biznes hesablarını xüsusi proqram vasitəsilə ələ keçirən şəxs qandallandı - DETALLAR
Bugün, 13:47 KRİMİNAL
-
Bakıda həftəsonu havanın temperaturu qalxacaq - Xəbərdarlıq
Bugün, 13:46 CƏMİYYƏT
-
Türkiyədə 22 şəhərdə FETÖ əməliyyatları: 128 nəfər həbs edildi
Bugün, 13:46 KRİMİNAL
-
VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşib
Bugün, 13:02 CƏMİYYƏT
-
“ABŞ-la danışıqlar davam edir” – Nazirlik sözçüsündən açıqlama
Bugün, 12:53 GÜNDƏM
-
"TikToker Arzum" azadlığa buraxıldı - Məhkəmə qalmaqalı iş üzrə qərar verdi (Yenilənib)
Bugün, 12:42 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:41 CƏMİYYƏT
-
İstanbulda daha 3 CHP-li bələdiyyə rəsmisi saxlanılıb
Bugün, 12:19 KRİMİNAL
-
Ankarada təlim helikopteri qəzaya uğradı, yaralılar var - FOTO
Bugün, 12:10 DÜNYA
-
Sığorta agentinin lisenziyası ləğv olunub
Bugün, 11:58 İQTİSADİYYAT